Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-114/2024 17.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X23 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Ərizəçi iştirakı ilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə verdiyi ərizəsində bildirmişdir ki, anası Ələsgərova (Məmmədova) Şahbəyim İbad qızı X1 ilə Salyan rayon Qeydiyyat Şöbəsində 26 noyabr 1949-cu il tarixdə nikaha daxil olmuş və birgə nikahdan 5 övladları olmuşdur. Özü xx xxxxxx 1957-ci ildə, bacıları X2 13 dekabr 1950-ci ildə, X5 10 iyun 1960-cı ildə, X6 15 sentyabr 1966-cı ildə və Ələsgərova (Quliyeva) Təranə Böyükağa qızı 17 iyul 1965-ci ildə Salyan şəhərində doğulmuşlar. X1 05 yanvar 1974-cü ildə, anası Ələsgərova (Məmmədova) Şahbəyim İbad qızı isə 28 fevral 2007-ci ildə vəfat etmişlər. Bacısı Ələsgərova (Quliyeva) X16 Federasiyasında vəfat etmişdir. Böyük bacısı X2 evləndikdən sonra Türkmənistan Respublikasına köçmüş, o vaxtdan yalnız bir dəfə, anaları rəhmətə gedəndə 40 mərasimində gəlib iştirak etmişdir. Anası Ələsgərova ( Məmmədova ) Şahbəyim İbad qızı 1954-cü ildə müqaviləyə əsasən Salyan rayonu İnqılab küçəsi 34-də yerləşən 642 kv.m olan torpaq sahəsində yerləşən evi X7 almışdır. O, doğulduğu andan hal-hazırki vaxta kimin həmin ünvanda yerləşən evdə yaşayır. Anası vəfat etdikdən bir müddət sonra övladı vəfat etdiyindən evi öz adına rəsmiləşdirə bilməmişdir. 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, evi 20 avqust 2018-ci il tarixdə anası Ələsgərova ( Məmmədova ) Şahbəyim İbad qızının adına daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Salyan rayon, Q.Əsgərov küçəsi ev 72-də yaşayaraq miras açıldıqdan sonra həmin mənzilə sahiblik edib, nirası qəbul etmişdir. Odur ki, mərhum anası Ələsgərova ( Məmmədova ) Şahbəyim İbad qızından miras qalmış Salyan rayon, Q.Əsgərov küçəsi ev 72-də ( Yeni qaydalarla: Salyan rayon, Q.Əsgərov küçəsi ev 88 ) yerləşən yaşayış evinin miras əmlakın qəbul edilmə faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ev anasına məxsus olmuş və anası 2007-ci ildə vəfat etmişdir. Anasının 4 qızı və 1 oğlu olmuş, qızlardan biri, yəni Ələsgərova (Quliyeva) Təranə Böyükağa qızı vəfat etmişdir. X15 Respublikasında yaşayır, Reyhan Türkiyyə Respublikasında, Lətifə isə Bakı şəhərində yaşayır. 2007-ci ildə anası öləndə həmin evdə bacılarından heç kim yaşamamış, evdə yalnız özü yaşamışdır. Evi adına keçirmək istəyir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş X32 Xidmət Mərkəzindəki Notariat Ofisinin X4 məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar xx.xx.2024-cü il tarixə, saat 09:00-a təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş № 004405 evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Ələsgərova (Məmmədova) Şahbəyim İbad qızı ilə X11 26 noyabr 1949-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. 25 avqust 2023-cü il tarixli, AZ-İİ № 354799 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1974-cü ildə ölmüşdür. 03 mart 2007-ci il tarixli, AZ-İ № 234476 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 və X3 1957-ci ildə Ərizəçi, 1965-ci ildə X8, 1950-ci ildə X2 adlı uşaqları olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2018-ci ildə ********** saylı çıxarışla qeydə alınmış Salyan şəhəri, Q.Əsgərov küçəsi 72, yeni qaydalarla: AZ5200, Salyan şəhəri, Qulu Əsgərov küçəsi 88-də yerləşən 222,1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi X9 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Ərizəçi 15 dekabr 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon İHB-nin ünvan 2rə nümayəndəliyi tərəfindən verilmiş 5-41/2-1-531/2023 saylı arayışdan görünür ki, X13 xx.xx.2000-ci ildə Rusiya Federasiyasında vəfat etmiş və Cəlilabad rayon Çüzənli kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X4 verdiyi № 429g saylı xx.xx.2023-cü il tarixli Maraqlı şəxsnə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, qeyd edilən səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmişdir. Məhkəmə ərizəçini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Ələsgərova (Məmmədova) Şahbəyim İbad qızı ilə X3 vərəsələri olan uşaqlarında yalnız iddiaçı miras əmlakı faktiki qəbul edərək istifadə etməkdədir. Vərəsə miras əmlakdan istifadə edirsə həmin miras əmlak qəbul edilmiş sayılır. Yuxarıda qeyd edilən əsasla fərdi yaşayış evi miras əmlak kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X17 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X17 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2 və 307.2.9-cu maddlərinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2018-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X9 mülkiyyətində olan Salyan şəhəri, Q.Əsgərov küçəsi 72, yeni qaydalarla: AZ5200, Salyan şəhəri, Qulu Əsgərov küçəsi 88-də yerləşən 222,1 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin miras əmlak kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-114/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-114/2024
17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver