Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1163/2024 24.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X21 Səmədovun sədrliyi, Hüseyn Mehman oğlu Rzayevin katibliyi, İddiaçı iştirakı ilə miras əmlak üzərində mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində 08 noyabr 1996-cı il tarixdə ölmüş X1 miras qalan Salyan rayonu, Qızılağac kəndində yerləşən 1,51 ha torpaq sahəsinə aid JN-0064 saylı KOD 80907028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə miras əmlak və Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinə aid JN-0064 saylı KOD 80907028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, X10 onun doğma bibisidir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-111/2024 saylı qətnaməsi ilə xx.xx.1996-cı il tarixdə ölmüş X10 ilə 07 noyabr 2022-ci il tarixdə ölmüş X13 arasında qohumluq münasibətləri, yəni mərhum X10 ilə X9 bacı-qardaş olması faktı müəyyən edilmişdir. Mərhum bibisi X1 Salyan rayonu, Qızılağac kəndində yerləşən 1,51 ha şöl pay torpaq və 0,35 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X4 bir bacısı və iki qardaşı olmuşdur. X2 2004-cü ildə vəfat edib. Onun dörd uşağı olub. Hamsıda həyatdadırlar. X5 – 1952-ci ildə anadamn olub.1978-ci ildən Bakı şəhərində yaşayır. X18 – 1956-cı ildə anadamn olub. 40 iddir Rusiya Federasiyasında yaşayır. X6 – 1962-ci ildə anadamn olub. Rusiya Federasiyasında yaşayır. Oğlu İddiaçı Cahandir oğlu – Salyan rayon Dayıkənd kəndində yaşayır. X3 – 1948-ci ildə anadamn olub. Salyan rayonu, Bəydili kəndində yaşayır. X8 – 1955-ci ildə anadamn olub. Biləsuvar rayonu, Bəydili kəndində yaşayır. Başqa şəxslər (vərəsələr) miras qalmış torpaq sahəsini tələb etmirlər.Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh Salyan Asan Xidməti Mərkəzində fəaliyyət göstərən Notarial ofsinin notariusu X24 məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0064 KOD 80907028 saylı dövlət aktının sürətindən görünür ki, Salyan rayon Aqrar İstehsalatı Komissiyasının 1996-cı il 27 noyabr tarixli 11 saylı qərarı ilə X7 1,51 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN-0064A KOD 80907028 saylı şəhadətnamənin sürətindən görünür ki, Salyan rayon Aqrar İstehsalatı Komissiyasının 1996-cı il 27 noyabr tarixli 11 saylı qərarı ilə X7 0,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. 19 sentyabr 2023-cü il tarixli Notariat Hərəkəti aparılmasından imtina edilməsi barədə qərarını sürətindən görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Salyan Regional “ASAN Xidmət” mərkəzində notariat ofsinə müraciət etmiş lakin lazımi sənədlər təqdim edilədiyi üçün, İddiaçı vərəsəlik işi üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum X16 xx.xx.2002-ci ildə vəfat etmişdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum X10 xx.xx.1996-cı ildə vəfat etmişdir. Salyan rayon Qızılağac inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş, xx.xx.2023-cü il tarixli, 491 saylı arayışın sürətindən görünür ki, onun bibisinin əri X11 1966-cı ildə vəfat etmişdir. Onun həyat yoldaşı X10 ilə birlikdə yaşamış və onların rəsmi nikahları olmuşdur. Həmin nikahdan uşaqları olmadığı üçün qardaşı oğlu İddiaçı himayəsində yaşamışdır. Salyan rayon Qızılağac bələdiyyəsinin İddiaçı verilmiş xx.xx.2023-ci il tarixli, 175 saylı arayışdan görünür ki, xx.xx.1996-cı ildə vəfat etmiş bibisı X4 mülkiyyətində olan Salyan rayonu Bəydili kəndində yerləşən 1.51 ha pay torpaq sahəsinin mərhum vəfat etdikdən hal-hazıradək İddiaçı idarə etmiş və torpaq vergiləri onun tərəfindən ödənilmişdir. Salyan rayon Qızılağac bələdiyyəsinin İddiaçı verilmiş xx.xx.2023-ci il tarixli, 178 saylı arayışdan görünür ki, bibisı X10 xx.xx.1996-cı ildə vəfat etmiş və faktiki olaraq ondan miras İddiaçı tərəfindən qəbul edilərək həyətyanı və bütün pay torpaq sahəsinin vergi və digər borcları ödənilmişdir. Mərhumun dəfn və yas mərasimləri üçün olan xərclər də İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının atasının ölüm kağızında atasının adı Ələkrəm, miras qoyanın ölüm kağızında isə ata adı Ələkbər kimi qeyd olunmuşdur. Həmin sənədlərdə olan yanlışlıq düzəldilmədən iddiasçının miras qoyan X4 qardaşı oğlu olmasını müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçıya bərabər miras qoyanın digər vərəsələri də olmuş, lakin onların hazırkı işlə bağlı heç bir məlumatları yoxdur. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.-ci maddəsində qeyd olunmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsində qeyd olunmuşdur ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Qanunvericiliyin məzmunundan aydın olur ki, iddiaçıya bərabər miras qoyanın bir neçə vərəsəsi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı 08 noyabr 1996-cı il tarixdə ölmüş X1 miras qalan Salyan rayonu, Qızılağac kəndində yerləşən 1,51 ha torpaq sahəsinə aid JN-0064 saylı KOD 80907028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə miras əmlak və Salyan rayonu, Qızılağac kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsinə aid JN-0064 saylı KOD 80907028 olan torpağın mülkiyyətə verilməsin dair şəhadətnamə üzrə miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi Cavabdehnə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1163/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1163/2024
24.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver