Məhkəmə qərarları › İş №2(057)-1172/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1172/2024

04.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1172/2024 04.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X11 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı2 nümayəndəsi və həmçinin İddiaçı1 iştirakı ilə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və şəhadətnamənin verilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı3, İddiaçı2, İddiaçı1 məhkəməyə verdikləri ərizədə 23 avqust 2020-ci ildə vəfat etmiş X1 miras qalmış Salyan rayonu, Arbatan kəndində yerləşən **********23-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evinin torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüquqlarının tanınması və onlara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Cavabdehnə həvalə olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, atası X6 xx.xx.2020-ci ildə, anası X4 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasından miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində 11 avqust 2023-cü ildə ********** saylı çıxarışla qeydə alınmış Salyan rayonu, Arbatan kəndində yerləşən 0,20997 ha torpaq sahəsinin X2 ümumi birgə mülkiyyətində payı vardır. Üç nəfər miras qayanın vərəsələridir. Miras qoyanın başqa vərəsələri yoxdur.Vərəsəlik şəhadətnaməsi almaq istəsələr belə notariat orqanı bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış Salyan Asan Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində 11 avqust 2023-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən Salyan rayonu, Arbatan kəndində yerləşən 187,8 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və 0,20997 ha torpaq sahəsi X3 ümumi birgə mülkiyyətində, 0,20997 ha torpaq sahəsi isə X14, X8,X15, X16, X5 və X2 ümumi birgə mülkiyyətlərindədir. Arbatan inzibati ərazi dairəsinin 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X2 İddiaçı3, İddiaçı2 və İddiaçı1 adlı vərəsələri vardır. Cavabdeh xüsusi notariusu X12 vermiş olduğu 16 aprel 2024-cü il tarixli arayışından görünür ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, qeyd edilən səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçı və iddiaçının nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, miras qoyanın vərəsələri olan uşaqları miras əmlakı faktiki qəbul edərək istifadə etməkdədir. Vərəsə miras əmlakdan istifadə edirsə həmin miras əmlak qəbul edilmiş sayılır. Yuxarıda qeyd edilən əsasla torpaq sahəsi miras əmlak kimi vərəsələr tərəfindən qəbul edilmiş hesab olunmalı və onların həmin miras əmlaka payları müəyyən olunmalıdır. İddianın qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Cavabdehnə həvalə olunmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, qanuni əsaslarla vərəsəlik şəhadətnamənin verilməsi notariat orqanın vəzifəsidir.Məhkəmə qətnaməsi əsasında iddiaçıların hüquqları bərpa olunacağı təqdirdə həmin vəzifənin notariat orqanın üzərinə qoyulması doğru deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Qeyd olunan mübahisə ilə bağlı konstitutsiya məhkəməsinin mövqeyi vardır,Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Göründüyü kimi artıq Konstitutsiya Məhkəməsi miras əmlakın qəbul olunması üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsinin vacibliyinin olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində 11 avqust 2023-cü ildə ********** saylı çıxarışla qeydə alınmış Salyan rayonu, Arbatan kəndində yerləşən 0,20997 ha torpaq sahəsinin miras qoyan X2 ümumi birgə mülkiyyətində olan 1/7 hissəsinə İddiaçı3, İddiaçı2, İddiaçı1 mülkiyyət hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar