Məhkəmə qərarları › İş №2(057)-126/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-126/2023

27.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-126/2023 27.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh və vəkili Vəkilnın iştirakı ilə torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində mülkiyyətində olan Salyan rayonu, Dayıkənd kəndində yerləşən 5,8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq sahibliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı məhkəmə iclasına təkrar gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.İddiaçının məhkəmə iclasına təkrar gəlməməsinə baxmayaraq Cavabdeh məhkəməyə ərizə təqdim edərək işin mahiyyəti baxılmasını tələb etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nın 259.0.7-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçı və ailə üzvləri ilə özünün arasında bağlanmış 28 oktyabr 2005-ci il tarixli alqı-satqı müqviləsi əsasında Salyan rayonu Dayıkənd kəndində yerləşən 4,84 hektar torpaq sahəsini 25000000 manat ödəyərək iddiaçıdan almışlar. Həmin müqavilə qanunauyğun formada bağlanmış və müqavilə əsasında reyestr xidmətindən çıxarış alınmışdır. Həmçinin iddiaçının ərizədə qeyd etdiyi kimi torpağın icarəyə verilməsi doğru deyildir. İddiaçının tələbləri haqsızdır, iddiaçı qeyd olunan tələblə bağlı iddia müddətini ötürmüşdür.Ona görə də, iddia müddəti tətbiq edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında cavabdehin dediklərini bir daha təsdiq edərək,iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 28 oktyabr 2005-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13, İddiaçı, X7, X8, X9, X14 və X2 rayonu, Dayıkənd kəndində yerləşən 6,12 hektar torpaq sahəsinin 4,84 hektar hissəsini X1. İş materiallarında olan JN-311 KOD 80910028 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X13, İddiaçı, X7, X8, X9, X14 və X5 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı əsasında Salyan rayonu, Dayıkənd kəndində yerləşən 6,12 ha torpaq sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışın surətindən görünür ki, Salyan rayonu, Dayıkənd kəndində 4,84 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı və ailə üzvlərinə məxsus 4,84 ha torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada müqavilə bağlayaraq almış və həmin müqavilə əsasında torpağı alan L.Qafarova öz adına çıxarış almışdır. Hazırda iddiaçının tələb etdiyi Salyan rayonu, Dayıkənd kəndində 4,84 hektar torpaq sahəsi X3 mülkiyyətindədir.Tərəflər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi ilə tərəf məhkəməyə müraciət etmiş, lakin tələb təmin olunmamışdır.Bu barədə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi mövcuddur. Həmçinin hazırkı iş üzrə qarşı tərəf iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı tələb üzrə də iddia müddətini ötürmüşdür. İddiaçının mübahisəli torpaq sahəsini icarəyə verməsi barədə dedikləri əsassız olduğundan və heç bir sübutla təsdiq olunmadığından həmin xüsusat əsas kimi qəbul olunmamalıdır. Eyni zamanda iddiaçı ərizəsində cavabdehin 5,8 ha hektar torpaq sahəsindən çıxarılmasını tələb etsə belə həmin torpaq sahəsi 5,8 ha deyil, 4,84 ha olması müəyyən olunmuşdur.Ona görə də məhkəmə iddiaçının iddia ərizəsində 5,8 ha torpaq sahəsini tələb etməsini texniki səhv hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsində eyd olunmuşdur ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 374.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsində göstərilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin məzmunundan aydın olmuşdur ki, əqdlərin etibarsızlığı üçün bir il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı qeyd edilən müddətləri ötürmüşdür.Cavabdeh isə öz növbəsində iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı mülkiyyətində olan Salyan rayonu, Dayıkənd kəndində yerləşən 5,8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq sahibliyinə qaytarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar