Məhkəmə qərarları › İş №2(057)-126/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-126/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-126/2024 21.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X22, X16 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X22, X16 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Salyan rayonu, Şorsulu kəndinin ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə aid olan KOD 80913018, JN-257F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış “X18”nun X12 ilə, “X17”nın Ərizəçi ilə eyni şəxslər olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-257F KOD 80913018 olan şəhadətnamədə X4 adı səhvən X18 və Ərizəçi adı səhvən Lamiyə yazıldığı üçün çıxarış ala bilməmişlər. Şəhadətnaməyə əsasən 0.12 ha həyətyanı torpaq 3 nəfərin ümumi birgə mülkiyyətindədir və həmin pay torpaqları üçün çıxarış almışlar. Bütün miras olan əmlakdan faktiki olaraq istifadə edirlər. X14 xx.xx.2022-ci ildə və X12 xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. Salyan RİHB Şorsulu KİƏDN verilən 16 nömrəli ölüm haqqında şəhadətnamə ilə bu fakt təsdiq olunur. Salyan rayonu, Şorsulu kəndində yerləşən 0,5145 hektar və 1,8645 hektar torpaq sahəsinin reyestr çıxarşından sonra fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin çıxarışının alınması üçün müraciətləri olsada bugünə kimi verilməmişdir. Salyan RİHB Şorsulu KİƏDN-nin 984 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4, X6 və Ərizəçi adında həyətyanı torpaq sahəsi və üzərində ev vardır və aktda X4 adı səhvən X18 yazılmışdır. X14 və adı səhv göstərilən X12 da vəfat etmişlər. Mülkiyyətçilərdən yalnız o sağ qalmış və onun adı səhvən Lamiyə yazılmışdır. xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik haqqına şəhadətnamə əsasında X22 mirası tam olaraq qəbul etmişdir. O, ailəli olarkən aktda adı X17 qeyd olunub, hazırda nikah pozulduqdan sonra qızlıq soyadı Ərizəçi qayıtmışdır. X4 ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan 0,5145 hektar torpaq sahəsinə, 1,8645 hektar torpaq sahəsinə sahibliyi təsdiq olunur. Amma fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə reyestr çıxarışı verilmir. Pay torpağına mülkiyyət hüquqları tanınır, amma həyətyanı və onun üzərində mülkiyyət hüquqları tanınmır. Həmçinin, DƏDRX 13 saylı Ərazi İdarəsindən də, cavab olaraq bildirilmişdir ki, AR MPM 307.2.5 maddəsinə əsasən məhkəmə qərarı olduqdan sonra çıxarış alınması üçün müraciətə baxıla bilər. Göstərilənlərə əsasən, Ərizəçi Salyan rayonu, Şorsulu kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə aid JN-257 saylı KOD 80913018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv yazılmış “X18” X12, səhv yazılmış “X17” “Ərizəçi” ilə eyni şəxslər olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 10 yanvar 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair KOD 80913018, JN- 257F saylı şəhadətnamənin X12 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi tam müdafiə edərək göstərmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə onun və mərhum qayınanası X4 mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ KOD 80913018, JN:257F saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə müəyyən səhvlərə yol verilmiş, onun və mərhum qayınanasının adı səhv göstərilmişdir. Belə ki, həmin sənəddə mərhum qayınanasının adı “X12” əvəzinə “X18”, öz adı isə “Ərizəçi” əvəzinə “X9” olaraq yazılmışdır. Səhvlərin düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən isə həmin səhvlərin düzəldilməsinin onun səlahiyyətinə aid olmadığı bildirilərək bu barədə müvafiq məktub verilmişdir. Ərizəçi qeyd olunanlara əsasən ərizənin tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X22, X16 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbayjan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; KOD 80913018, JN-257F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə X13, X6 və X10 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 yanvar 1969-cu il tarixdə anadan olmuş, anası X7r. AZ 258763 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə anadan olmuşdur. AZ 186337 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X19 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 yanvar 2014-cü ildə 11 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Abdullayeva soyadı verilmişdir. AZ 279407 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 iyun 2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 401 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 2-B-0004-8/2023 saylı, 21 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi müraciəti əsasında ona hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə təsərrüfbaşına kitabının çıxarışından görünür ki, X1 rayon Şorsulu kəndində 1960-cı ildə ç/kərpicdən tikilmiş, 1 (bir) mərtəbəli 3 (üç) yaşayış otaqlı ümumi sahəsi 95,4 kv.m.yaşayış sahəsi 64,3 kv.m, köməkçi sahəsi 31,1 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,12 ha (JN-257F, kod ********) həyətyanı torpaq sahəsi Şorsulu İnzibati Ərazi nümayəndəliyinin 04 saylı təsərrüfatbaşına kitabının 72 saylı səhifəsində 301 saylı şəxsi hesabında qeydə alınmışdır. Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 513 saylı, 23 iyun 2022-ci il tarixli arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X15 adı səhvən X5 qeyd edilmişdir. Əslində isə X2 qəbul edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışların surətindən görünür ki, Salyan rayonu, Şorsulu kəndində 1,8645 və 0,5145 ha torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi, X12 və X6 adına rəsmiləşdirilmişdir. 2022-ci il tarixli aktın surətindən görünür ki, akt tərtib olunmuşdur, ondan ötrü ki, Abdullayeva (Babayeva) Lamiyə Rais qızına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Salyan rayonu Şorsulu kəndində yerləşən 0,12 ha kənd təsrrüfatı torpaq sahəsinin JN 257F və KOD 80913018 saylı həyətyanı torpaq sahəsinin onun ailə üzvlərinin soyadları səhv yazılmışdır. Belə ki, X3, əslində, X12 olmalıdır, Abdullayeva (Babayeva) Lamiyə Rais qızı səhvdir, əslində, Ərizəçi olmalıdır. Salyan Rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-xx-xx/2024 №-li, 15 yanvar 2024-cü il tarixli məktubuna əlavə olunmuş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X12 07 iyun 2007-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 47/2024 №-li, 29 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayon Şorsulu kənd inzibati ərazi nümayəndəliyinin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabın 296 №-li təsərrüfatında X4 torpağının cəmi (hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə) 0,12 ha qeyd edilmişdir. Həmin kitabdan çıxarışın təsdiq olunmuş surətləri məktuba əlavə edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir çoxunun tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənediji sənədlərin (həmkarlar ittifaqı və digər ijtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq ijra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Salyan rayonu, Şorsulu kəndinin ərazisində 0,12 hektar torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş şəxs məhz ərizəçinin özü Ərizəçi, 07 iyun 2007-ci il tarixdə vəfat etmiş qayınanası X12 və 01 iyun 2022-ci il tarixdə vəfat etmiş əri X11r. Həmin sənəddə “X12” əvəzinə səhvən “X18”, “Ərizəçi” əvəzinə isə səhvən “X9” yazılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Salyan rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə Salyan rayonu, Şorsulu kəndi ərazisində 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair KOD 80913018, JN-257F saylı dövlət aktının X12 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar