Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-127/2024 24.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X21 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması və qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə verdiyi ərizəsində mərhum atası X2 mülkiyyətində olan Salyan şəhəri, H.Əliyev küçəsi, ev 76, yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən,qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********05-10301 reyestr nömrəsi olan 0.0379 ha olan torpaq sahəsinin miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi nümayəndəsi X22 bildirmişdir ki, Ərizəçi atası X8 xx.xx.1968-ci ildə , anası X9 isə xx.xx.1997-ci ildə vəfat etmişdir. Hər ikisinin ünvan 2 ünvanında yerləşən evi miras qalmış və Esmira, Elton, Ədalət, Elmira adlı dörd vərəsələri olmuşdur. X1 xx.xx.2011-ci ildə, X10 isə xx.xx.2018-ci ildə vəfat etmişlər.X4 Kamran və Yavər adlı iki uşağı , X3 isə Humay adlı bir uşağı var. Ərizəçi həmin evdə doğulmuş və bu günə qədər orada yaşamışdır. Digər vərəsə X16 40 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır. Vərəsələrdən Elmira təqribən 1975-1976-cı illərdə ailə qurmuş və evdən getmiş, Ədalət isə vəfat edənə qədər, yəni 2011-ci ilə qədər orada yaşamışdır. Mirasın qəbulu üçün müəəyən edilmiş müddət ötürüldüyündən, yəni 6 ay keçdiyi üçün notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X15 məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etdiklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə razı olduğlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X16 RF-da yaşadığından onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır.Lakin o, məhkəməyə ərizə ünvanlayaraq miras əmlakdan pay istəmədiyini, payından imtina etdiyini və məhkəmyə müraciət etməyəcəyini bildirmişdir.Ona görə də məhkəmə onun ərizəyə mmünasibəti olduğunu nəzərə alaraq işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.1952-ci il tarixli № 171018 saylı evlənmə haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 07 iyul 1952-ci ildə X23 ilə nikah bağlamışdır. 25 iyul 2022-ci il tarixli təsdiq olunmuş arayışın surətindən görünür ki, X14 02 yanvar 1955-ci ildə anadan olmuşdur. xx.xx.1956-cı il tarixli № 281312 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1956-cı ildə anadan olmuşdur. xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1987-ci ildə anadan olmuşdur. xx.xx.1962-ci il tarixli AZ № 300231 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1977-ci il tarixli № 377359 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1977-ci ildə anadan olmuşdur. xx.xx.1990-cı il tarixli № 409958 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1990-cı ildə anadan olmuşdur. xx.xx.1953-cü il tarixli № 993394 satlı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1953-cü ildə anadan olmuşdur. 31 avqust 2009-cu il tarixli AZ-T № 012690 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X37 xx.xx.2001-ci ildə X18 ilə nikahını rəsmiləşdirmişdir. xx.xx.1976-cı il tarixli № 419214 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1976-cı ildə X10 ilə nikahını rəsmiləşdirmişdir. xx.xx.1979-cu il tarixli № 287725 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X25 xx.xx.1979-cu ildə X12 ilə nikahını rəsmiləşdirmişdir. 14 avqust 1986-cı il tarixli № 279897 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 14 avqust 1986-cı ildə X5 ilə nikahını rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixli AZ-İİ № 354781 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1968-ci ildə ölmüşdür. xx.xx.1997-ci il tarixli № 268962 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1997-ci ildə ölmüşdür. xx.xx.2011-ci il tarixli AZ-İ № 503967 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə ölmüşdür. xx.xx.2018-ci il tarixli AZ-İ № 966547 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2018-ci ildə ölmüşdür. Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli № 2079 saylı arayışdan görünür ki, Ərizəçi atası X8 xx.xx.1968-ci ildə , anası X9 isə xx.xx.1997-ci ildə ölmüş və dörd vərəsəsi qalmışdır. Onlardan Abasova (İbrahimova) Elmira Yavər qızı xx.xx.2018-ci il tarixdə ölmüş və vərəsəsi Faizova (Abasova) Humay Firudin qızı qamışdır. X14 isə xx.xx.2011-ci ildə ölmüş, vərəsələri X15 və X11 qalmışlar. Məhkəmədə elan olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən çıxarış barədə məlumatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixində hüquqları ********** nömrəsi ilə qeydiyyata alınmış, xüsusi mülkiyyət növündə Salyan şəhəri, H.Əliyev küçəsi, ev 76, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 110.60 kvm sahəsi olan **********05-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində və 0.0379 ha olan torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququ vardır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X43 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu X33 verdiyi № 470g saylı 15.08 2023-cü il tarixli X43 Xidmət Mərkəzində notariat ofisinə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, qeyd edilən səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, miras qoyanın vərəsələri olan uşaqlarında yalnız ərizəçi miras əmlakı faktiki qəbul edərək istifadə etməkdədir. Vərəsə miras əmlakdan istifadə edirsə həmin miras əmlak qəbul edilmiş sayılır. Yuxarıda qeyd edilən əsasla fərdi yaşayış evi miras əmlak kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və həmin əmlaka onun mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Qeyd olunan mübahisə ilə bağlı konstitutsiya məhkəməsinin mövqeyi vardır,Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Göründüyü kimi artıq Konstitutsiya Məhkəməsi miras əmlakın qəbul olunması üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsinin vacibliyinin olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2022-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X2 mülkiyyətində olan Salyan şəhəri, H.Əliyev küçəsi, ev 76, yeni qaydalarla: ünvan 1-də yerləşən 110,6 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və 0,0379 ha torpaq sahəsinin miras əmlak kimi vərəsə Ərizəçi tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin və Ərizəçi həmin əmlaklara mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-127/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-127/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver