Məhkəmə qərarları › İş №2(057)-1291/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1291/2023

30.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1291/2023 30.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X11 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə payların müəyyən edilməsi və naturada ayrılması tələbi barədə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində JN 0015 saylı Kod 80910028 nömrəli dövlət aktı əsasında 3,59 ha torpaq sahəsindən ona düşən pay hissəsinin müəyyən edilməklə naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Salyan rayonu, Dayıkənd kəndində yerləşən 3,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X5, Cavabdeh və öz adınadır. X1 22 may 2011-ci il tarixdə, atası X7 isə 08 dekabr 2013-cü il tarixdə vəfat etmişlər. Özü, qardaşları Cavabdeh və X8 onların vərəsələridirlər. Qardaşı Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etməyinə maneəçilik yaradır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və iş üzrə üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən tərtib edilmiş 02 iyun 2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən tərtib edilmiş 02 iyun 2023-cü il tarixli arayışın surətindən görünür ki,X9 22 may 2011-ci ildə vəfat etmişdir. Məhkəmədə elan olunmuş JN-0015 KOD 80910028 torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Salyan rayonu Dayıkənd kənd sakini X7, X5, Cavabdeh və İddiaçı Salyan rayonu Aqrar islahatı komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə 3,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə əkin sahəsi verilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. Məhkəmədə elan olunmuş Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi v.m.i.e R.H.Bağırov tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 601 saylı arayışdan görünür ki, atası X7 08 dekabr 2013-cü il tarixdə, X1 22 may 2011-ci il tarixdə vəfat etmiş və qızı-İddiaçı, oğlu-X10 və oğlu-X6 vərəsələri qalmışdır. Məhkəmədə elan olunmuş Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi v.m.i.e R.H.Bağırov tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 601 saylı arayışdan görünür ki, atası X7 08 dekabr 2013-cü il tarixdə, X1 22 may 2011-ci il tarixdə vəfat etmişlər və həmin evdə oğlu X10 öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iddiaçını dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının JN- 0015 KOD 80910028 torpağın mülkiyyət hüququna dair Dövlət Aktına əsasən digər mülkiyyətçilərlə yanaşı birgə mülkiyyətdə payı vardır.Sonuncu öz payının ümumi əmlakdan ayrılmasını tələb edir.Qanunvericiliyin tələblərinə əsasən iddiaçı haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və Əsas X2 Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəƏsas X2» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının vəƏsas X2 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Salyan rayonu, Dayıkənd kəndində yerləşən JN 0015 Kod 80910028 nömrəli dövlət aktı əsasında ümumi mülkiyyətdə olan 3,59 ha torpaq sahəsindən İddiaçı payı olan 0,8975 ha hissəsi müəyyən edilsin və naturada ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar