Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1294/2023 31.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X1 katibliyi və İddiaçı və Cavabdeh1 Aslan oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 Aslan oğluna və qeyrilərinə qarşı 6.47 ha torpaq sahəsində olan payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayonu, Sarvan kəndində yerləşən birgə mülkiyyətlərində olab JN 0098 KOD 80910018 saylı, xx.xx.1998ci ildə verilmiş Dövlət Aktı əsasında 6.47 ha pay torpağında payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə verərək, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının iştirak edən Cavabdeh1 Aslan oğlu iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Aslan oğluna və qeyrilərinə qarşı 6.47 ha torpaq sahəsində olan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardaddan 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1294/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1294/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver