Məhkəmə qərarları › İş №2(057)-1319/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1319/2024

17.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1319/2024 17.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı “özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunması və 1250 manat icarə haqqı” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia qaldıraraq - Salyan Pambıq təmizləmə zavodunun məsul işçisi, Salyan rayon, Qızılağac kənd sakini X1 qanunsuz olaraq zəbt etdiyi Salyan rayon, Xalac kəndi ərazisində yerləşən torpaq sahəsinin geri qaytarılması və torpaq sahəsinin cavabdehdə olduğu müddət ərzində 05 il ərzində ona verilməyən 1250 manat icarə haqqının və götürdüyü gəlirlərin hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, cavabdeh X2 qarşı “özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunması və 1250 manat icarə haqqı” tələbinə dair iddia qaldırdığını göstərmiş, iş üzrə mübahisə torpaq sahəsində olduğundan və həmin torpaq sahəsi Mətləb Məhərrəmovun istifadəsində olmadığı üçün 2(057)1319/2024 saylı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmaqla əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonta – MPM-in) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “özgənin qanunsuz sahibliyindən torpaq sahəsinin geri tələb olunması və 1250 manat icarə haqqı” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar