Məhkəmə qərarları › İş №2(057)-132/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-132/2023

11.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-132/2023 11.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh və X2 qarşı torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmə hazırlıq iclasında baxılması 11 yanvar 2023-cü il tarixə, saat 11:15-ə Salyan Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, X3 məhkəməyə ərizə təqdim edərək İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə cavabdehlər məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə cavabdehlərin iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının vermiş olduğu ərizəsi baxılmamış saxlanmalı və sənədlər ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və sənədlər ona qaytarılsın. İddiaçının ödədiyi 100 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar