Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1376/2023 10.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X37 qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X19 iştirakı ilə Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X20 və X12 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X20 və X12 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X2nun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü ildə qeydiyyata alınmış **********67 reyestr nömrəli 0,0882 ha olan torpaq sahəsinə miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum ataları X4 mülkiyyətində ünvan 1 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü ildə qeydiyyata alınmış **********67 reyestr nömrəsi olan 0.0882 ha olan torpaq sahəsi vardır. X2 xx.xx.1981-ci ildə, anası X27 xx.xx.2001-ci ildə vəfat etmişdir. X2 ilə, anası X13 4 uşaqı sağdır. X10, X20, X23 və X8. İki vərəsə isə rəhmətə getmişdir. X14 xx.xx.1984-cü ildə və X15 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu barədə Salyan RİHB Salyan ŞİƏDÜN-dən arayış alınmışdır. Miras əmlakın qəbulu barədə X46 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Nofariat ofisi müraciətini qeydə almış və 287G saylı, xx.xx.2023-cü il tarixli məktub vermişdir. Təkcə özü faktiki mirası qəbul etmişdir. Bugünə qədər vərəsələr arasında da heç bir narazılıq yoxdur və buna görə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməmişlər. İndiki vaxtda artıq kifayət qədər yaşa dolmuşlar və evin sənədləşdirilməsini istəyir. Qanunla müəyyən edilmiş vaxtı ötürsə də, mirası faktiki qəbul etdiyi və bugünə qədər də onun mirasdan istifadə etdiyi realdır. X10, X20, X23 paylarından imtina edirlər və X16 xx.xx.1984-cü ildə, X15 xx.xx.2022-ci ildə vəfat etdiyi üçün və bütün bunlar nəzərə alınmaqla atasının payına qanun üzrə tam vərəsəlik hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X31 bildirmişdir ki, həyat yoldaşı ünvan 2 ünvanında yerləşən evdə doğulmuşdur. Həmin evdə hazırda da yaşayırlar. Mirası onlar qəbul etmişlər. Ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər X10, X20 və X23 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi bildirmişdir ki, atası 1981-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış ev yandığı üçün ata yurdunda yeni ev tikmişlər. Həmin evə sənəd almaq istəyirlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********67 nömrəli elektron Çıxarışdan görünür ki, Salyan şəhəri, X43 küçəsi, 167 ünvanında yerləşən 0.0882 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin məktubuna əsasən xx.xx.1981-ci ildə vəfat etmiş X2ndan miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd olunan səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X18 ksero surətindən görünür ki, X15 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi M.Muradlı tərəfindən verilmiş 19 dekabr 2018-ci il tarixli, 871 saylı arayışdan görünür ki, X7 xx.xx.1981-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 393/2023 saylı arayışdan görünür ki, X17 xx.xx.1956-cı ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 392/2023 saylı arayışdan görünür ki, X24 xx.xx.1960-cı ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 391/2023 saylı arayışdan görünür ki, X8 xx.xx.1963-cü ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi Mirtaleh Muradlı tərəfindən verilmiş 20 dekabr 2018-ci il tarixli, 878 saylı arayışdan görünür ki, X6 və X32 arasında nikah Salyan rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Nikah haqqında 17 avqust 1946-cı ildə, 158 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 460/2023 saylı arayışdan görünür ki, xx.xx.1954-cu ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 05/09/S/125720- 23 saylı arayışdan görünür ki, “X11” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün X11 üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 394/2023 saylı arayışdan görünür ki, X16 xx.xx.1984-cü ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 3-16-5/8-69- 461/2023 saylı arayışdan görünür ki, xx.xx.1949-cu ildə Salyan şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi M.Muradlı tərəfindən verilmiş 20 dekabr 2018-ci il tarixli, 879 saylı arayışdan görünür ki, xx.xx.2001-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Elektron notariat” X1 vasitəsilə “X11” AQİS-dən Çıxarışdan görünür ki, X16 ilə Rəfiqə Hüseynova arasında nikah Salyan rayon Qeydiyyat Şöbəsində xx.xx.1983-cü il tarixdə, 224 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X22 Şəhadətnamənin ksero surətindən görünür ki, Ərizəçi ilə X28 arasında nikah 14 iyun 1989-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbə sovetliyində 27 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan RİH Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi A.Məmmədov tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 1373 saylı arayışdan görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Ərizəçi X2 xx.xx.1981-ci il tarixdə, anası X27 xx.xx.2001-ci il tarixdə, qardaşı X16 xx.xx.1984-cü il tarixdə, bacısı X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Mərhumların daimi yaşayış yeri ünvan 4 ünvan olmuş və onların özü, qardaşı X10, bacısı X20 və bacısı Məmmədova (Cavadova) Rəna Mirzağa qızı adlı vərəsələri qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Salyan Bələdiyyəsinin sədri Sərvəddin Cəfərov tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 306 saylı arayışdan görünür ki, Ərizəçi X2 xx.xx.1981-ci ildə vəfat etmişdir. Mərhumun dəfn mərasiminin xərclərini Ərizəçi çəkmişdir. Mərhum vəfat edənə qədər ünvan 5 ünvanında yaşamışdır. Mirası faktiki olaraq qəbul etmişdir. Mərhum öləndən hal-hazıra kimi ondan qalan evi, torpağı, bütün təsərrüfatı oğlu idarə edir. Bələdiyyə vergisini də, o ödəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X48 görünür ki, X10 10 avqust 1947-ci ildə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün ksero surətindən görünür ki, Salyan şəhəri, X43 küçəsi, 167 ünvanında yerləşən faktiki sahəsi 0.09403 ha torpaq sahəsinin 0.0882 ha hissəsi xüsusi mülkiyyət hüquqi ilə X5 məxsusdur. Azərbyacan Respublikası Mülki - Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki iş materiallarından məlum olur ki, Ərizəçi tərəfindən qanun üzrə X30 Şəhadətnamənin başqa qaydada alınması mümkün olmamış, buna görə də o, hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 307.2 və 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2023-cü il tarixdə mərhum X4 adına qeydiyyata alınmışdır. X7 xx.xx.1981-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 6 ünvanında yerləşən torpaq miras qalmışdır. Qeyd olunan miras əmlaka xx.xx.2023-cü il tarixdə X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Atasının ölümündən sonra ərizəçi miras əmlaka faktiki sahiblik edir. Atasının digər vərəsələri - ərizəçinin anası (X27), bir qardaşı və bir bacısı - X14 xx.xx.1984-cü ildə, X15 xx.xx.2022-ci ildə rəhmətə getmişdir. Digər qardaş və bacıları mirasa iddialı deyillər, atasından sonra miras əmlakı Ərizəçi istifadə etmiş və edir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1981-ci ildə vəfat etmiş X2ndan qalmış ünvan 6 ünvanında yerləşən torpaq sahəsi olan miras əmlakını faktiki qəbul edilməsi faktını sübuta yetirə bildiyinə görə onun ərizəsi təmin olunmalıdır. Azərbyacan Respublikası Mülki - Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0882 ha olan torpaq sahəsi Ərizəçi tərəfindən miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli