Məhkəmə qərarları › İş №2(057)-1386/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1386/2025

31.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1386/2025 31.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum anasının X5 xüsusi mülkiyyətində Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46, Yeni qaydalarla ünvan 1 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********01-10301 reyestr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəsi miras əmlak vardır. X3 xx.xx.1983-cü ildə və anası X8 xx.xx.2019-cu ildə vəfat etmişlər. X3 ilə, anası X5 4 uşağı olmuşdur. İddiaçı, Cavabdeh2 Axundov X4 (Axundova) Sevgül Məmmədyar qızı. Bu barədə Salyan RİHB Salyan ŞİƏDÜN-dən arayış alınması üçün müraciət edilmişdir və xx.xx.2024-cü il tarixli 5-71-6/2-482/2024 saylı arayış verilmişdir. X20 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə də eyni zamanda sorğu edilmiş cavabdehlərin doğumu, nikahı barədə sorğu edilsədə icrasının yolverilməz olduğu 3-16-5/8-13-577/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir. Miras əmlakın qəbulu barədə X20 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etdi və vərəsəlik işinin görülməsi üçün vərəsələrin notariat ofisinə gələ bilməməsi, vərəsələr arasında mübahisənin olması səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Notariat ofisi müraciətini qeydə almış və 329G saylı xx.xx.2024-cü ildə imtina məktubu vermişdir. O faktiki mirası qəbul etmiş. Bu günə qədər vərəsələr arasında da narazılıq var. İndiki vaxtda artıq miras payının sənədləşdirilməsini istəyir və bugünə qədər də onun mirasdan istifadə etdiyi, qeydiyyatda olduğu realdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 26 dekabr 2023-cü il tarixli QƏRARİNDA göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİ PLENUMUNUN xx.xx.2019-cu il tarixli QƏRARİN 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Odur ki, mərhum anasının X5 xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 46, Yeni qaydalarla ünvan 1 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********01-10301 reyestr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəyə onun payına düşən hissəyə mirası qəbul etməyi müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin idarənin xüsusi notariusu X9 məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, onun miras əmlakda məcburi payı vardır. Belə ki, həmin ev atadan miras qalmış, o, mübahisəli evdə qeydiyyatda olmaqla yaşamış, daha sonra qeydiyyatdan çıxıb getmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh3 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, onun miras əmlakda məcburi payı vardır. Belə ki, həmin ev atadan miras qalmış, o, mübahisəli evdə qeydiyyatda olmaqla yaşamış, daha sonra qeydiyyatdan çıxmış, 1997-ci ildə işləmək üçün Bakıya gəlmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən cavabdehlərdən Cavabdeh4 iddianı qəbul etdiyini, miras payından bacısının, yəni iddiaçının xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1983-cü ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019cu ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: AZ5200 ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X5 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 29 mart 2009-cu ildə tərtib olunmuş notarial qaydada təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X2 şəhəri, Ə.Zeynalov küçəsi, ev 46 ünvanında yerləşən evini və bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 20 sentyabr 1952-ci ildə nikaha daxil olmuş, nikah daxil olduqdan sonra kişiyə Axundov, arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh1 İddiaçı ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vərəsələr arasında mübahisənin olması səbəbindən ona vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Salyan rayonu İcra hakimiyyəti başçısının 03 iyun 2024-cü il tarixli arayışından görünür ki, verilmişdir ünvan 4 ünvanda yaşayan İddiaçı ondan ötəri ki, onun X3 xx.xx.1983-cü il tarixdə, anası X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişlər və onların aşağıda adları göstərilən vərəsələri qalmışdır: Mərhumların daimi yaşayış yeri ünvan 4 ünvan olmuş, ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvü qalmışdır. Qızı – İddiaçı 1954. X1 ailə tərkibində qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: oğlu – X11 – 1956, qızı – İsmayılova (Axundova) Sevgül Məmmədyar qızı – 1959, oğlu Cavabdeh3 – 1961. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 (yeni qaydalarla: AZ5200 ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2022-ci ildə X5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. X8 2019-cu ildə, onun əri X7 isə xx.xx.1983-cü ildə vəfat etmişdir. Vəfat edərkən mərhum X8 mübahisəli evi qızı (iddiaçı) İddiaçı vəsiyyət etmişdir. İddiaçı anası X8 vəfat etdikdən sonra, anasına məxsus ünvan 3 (yeni qaydalarla: AZ5200 ünvan 2 saylı evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarından məlum olur ki, X8 2019-cu ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlak vəsiyyətnamə əsasında İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Həmin əmlaka dair miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Qızqayıd Axundova 2019-cu ildə vəfat etdikdən sonra vəsiyyətnamə üzrə vərəsə olan İddiaçı miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. İddiaçı məhkəmədə anası tərəfindən verilmiş vəsiyyətnaməyə baxmayaraq, miras əmlakın digər bacı-qardaşlarının arasında bölünməsinə etiraz etməmişdir. İddiaçının bu etirafı könüllü xarakter daşıyır və Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən hüquqi nəticə doğurduğundan, məhkəmə hesab edir ki, miras əmlakın 4 vərəsə arasında bölünməsi əsası ilə mirasın qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə əsaslanaraq hesab edir ki, mərhumun vəsiyyətnaməsi ilə miras əmlak iddiaçının xeyrinə saxlanılasa da, digər bacı-qardaşların həmin mirasdan məcburi pay alma hüququ vardır ki, bu da Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, qanun üzrə onlara çatan miras payının yarısı həcmində müəyyən olunur. Hazırki işdə 4 vərəsə olduğundan, hər birinə qanun üzrə 1/4 pay düşərdi, lakin vəsiyyətnamə olmasına baxmayaraq digər bacı-qardaşların miras əmlakda məcburi payı tətbiq edildiyindən onların (bacı-qardaşların) hər birinin payı 1/4-ün yarısı, yəni 1/8 olaraq müəyyən olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının vəsiyyətnaməyə uyğun olaraq 5/8 pay alması və digər hər üç vərəsəyə 1/8 pay verilməsi hüquq və ədalət prinsipinə uyğundur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən anası X6 məxsus ünvan 3 (yeni qaydalarla: AZ5200 ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə, həmin əmlakdan onun miras payının 5/8 hissə təşkil etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı tərəfindən anası X6 məxsus ünvan 3 (yeni qaydalarla: AZ5200 ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakda onun 5/8 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar