Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1410/2024 18.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə verdiyi ərizədə, 21 Oktyabr 1999-cu ildə Salyan şəhərində anadan olmuş X2 Cavadova, adının Rəfiqə, atasının adının Kamil kimi qeyd olunması faktını təsdiq etməklə, doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Kamil, Soyadının Cavadov, atasının adının Həsənqulu, ana adının qrafasında anasının adının Nazdı, soyadının Cavadova, atasının adının isə İsam kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi vəkil Nümayəndə da Ərizəçi dediklərini bir daha təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Maraqlı şəxsnə məhkəmə bildirişi göndərilmiş, sonuncunun həmin bildirişi almasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş, Salyan rayon QŞ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 ölümün qeydə alınması barədə qeydiyyat şöbəsi tərəfindən daxil olmuş ərizəyə baxılmış və ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. “TƏBİB” X10 “Salyan rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda X3 xx.xx.2018-ci il tarixdə vəfat etməsini təsdiq edən hüquqi sənədin mövcud olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X5 xx.xx.1970-ci ildə anadan olmuş və xx.xx.2018-ci ildə vəfat etmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında nikah 21 iyun 1989-cu ildə Salyan VVAQŞ-də 115 nömrə ilə qeydə alınmışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X6 21 oktyabr 1999-cu ildə Salyan şəhərində anadan olmuş, lakin valideynləri ona vaxtında doğum akt qeydini almamışlar.X1 artıq 25 yaşı var, lakin şəxsiyyət vəsiqəsi ala bilməmişdir.Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 21 oktyabr 1999-cu ildə Salyan şəhərində anadan olması faktı müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında milliyyəti azərbaycanlı olan 15 dekabr 1970-ci ildə anadan olmuş X5, ana qrafasında milliyyəti azərbaycanlı olan xx xxxxxx 1971-ci ildə anadan olmuş Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1410/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1410/2024
18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver