Məhkəmə qərarları › İş №2(057)-143/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-143/2024

17.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-143/2024 17.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsi üzərindəki mülkiyyət hüququna cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, həmin torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi və onların torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan Salyan şəhəri, E.İmanov küçəsi, 5; Yeni qaydalarla: AZ5201 ünvan 1 ünvanında yerləşən 0.0572 ha. ölçüsü olan torpaq sahəsi üzərindəki mülkiyyət hüququna cavabdehlər tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, həmin torpaq sahəsində inşa edilmiş əsas (fərdi yaşayış evi) və köməkçi tikililərin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə qəsd və maneələrə son qoyulduğunu və həmin torpaq sahəsindən onların artıq istifadə etməmələrinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi üzrə təqdim etdiyi işə aidiyyatı üzrə baxılması ərizəsinin ləğv edilərək işin baxılmamış qalmasını və ödədiyi dövlət rüsumunun geri qaytarılmasını, həmçinin, cavabdehlərlə barışıq sazişinin bağlanılmasını və sözügedən mübahisənin bir daha aktuallaşmaması barədə yazılı ərizə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1.-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddiaçının göndərdiyi ərizə üzrə mülki işin baxılmamış saxlanılmasına dair tələbinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə məhkəmə hazırlıq iclasında mülki işin baxılmamış saxlanılması yox, məhz iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı göndərdiyi ərizə üzrə mülki işin baxılmamış saxlanılmasını tələb etsə də, əslində, o, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılması nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən həmin iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə ərizənin cavabdehlərlə barışıq sazişinin bağlanılması və sözügedən mübahisənin bir daha aktuallaşmaması barədə yazılı ərizə alınmasına dair hissəsinə münasibətdə isə qeyd edir ki, tərəflər notarial qaydada barışıq əldə edə bilərlər və ya yenidən mübahisə yaranacağı təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259- 260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı torpaq tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar