Məhkəmə qərarları › İş №2(057)-1454/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1454/2023

22.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1454/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X1, X4, X5 qarşı “mirasda payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər X1, X4, X5 qarşı “mirasda payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X2 vəfatından sonra miras qalmış və ünvan 1 ünvanda yerləşən evin 1/6 hissəsində onun payının müəyyən edilməsinə və həmin payın naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını geri götürmək məqsədi ilə məhkəməyə teleqram ünvanlayaraq, mülki işin baxılmamış saxlanılmaqla, əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə İddiaçı baxılmamış saxlanılması ilə bağlı məhəkəməyə ünvanladığı teleqramı nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər X1, X4, X5 qarşı “mirasda payın müəyyən edilməsi və naturada bölünməsi” tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 13.4, 259- 260, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh, üçüncü şəxslər X1, X4, X5 qarşı “mirasda payın müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar