Məhkəmə qərarları › İş №2(057)-1456/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1456/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1456/2023 11.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X18 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4,Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs8 iştirakı ilə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması və qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məkəməsinə verdiyi ərizəsində mərhum X16, X11 və X4 mülkiyyətində olan Salyan rayonu, Şorsulu kəndində qeydiyyat nömrəsi **********, ********** və ********** olan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə qeydiyyata alınmış **********39, **********41 və **********40 reyestr nömrəsi olan 0,5145 ha, 0,7051 ha və 1,1593 ha olan torpaq sahələrinə mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, mərhum X16, X11 və X4 mülkiyyətində olan Salyan rayonu, Şorsulu kəndində qeydiyyat nömrəsi **********, ********** və ********** olan xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə qeydiyyata alınmış **********39, **********41 və **********40 reyestr nömrəsi olan 0,5145 ha, 0,7051 ha və 1,1593 ha olan torpaq sahələri vardır. X3 xx.xx.2016-cı ildə, X2 xx.xx.2005-ci ildə və atası X12 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Bu barədə Salyan rayon VVADQ şöbəsindən ölüm haqqında şəhadətnamələr alınmışdır. X2, X3 və atası X4 ümumilikdə 8 vərəsəsi, yəni Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və özü sağdırlar. Miras əmlakın qəbulu barədə X28 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.Vərəsələr miras əmlakı qəbul etmişlər. Bugünə qədər vərəsələr arasında heç bir narazılıq olmamış, elə bu səbəbdən də, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməmişlər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında verilmiş iddianı qəbul edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs8 iddiaya qarşı heç bir etirazlarının olmadığını və valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etdikləri üçün mirasın qəbulu üçün buraxılmış müddəti üzrlü hesab edərək bərpa olunmasını xahiş etdilər. Məhkəmədə elan olunmuş Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.C.Qəhrəmanov tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 45 saylı arayşın surətindən görünür ki, Maraqlı şəxs4 atası X11 24 fevral 2005-ci il tarixdə Salyan rayon Şorsulu kəndində vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-İ № 093449 Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2005-ci ildə verilmişdir) və anası X16 09 yanvar 2016-cı il tarixdə Salyan rayon Şorsulu kəndində vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-İ № 759702 Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı ildə verilmişdir) və mərhumların Maraqlı şəxs2, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs4 və Maraqlı şəxs6 adlı vərəsələri vardır. Məhkəmədə elan olunmuş Salyan rayon İHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.C.Qəhrəmanov tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 44 saylı arayşın surətindən görünür ki, Maraqlı şəxs8 atası X12 13 avqust 2018-ci il tarixdə Salyan rayon Şorsulu kəndində vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-İ № 940619 Salyan RİHB-nın Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci ildə verilmişdir) və mərhumun Maraqlı şəxs7, Maraqlı şəxs8 və Ərizəçi adlı vərəsələri vardır. Məhkəmədə elan olunmuş “Elektron notariat” X1 vasitəsilə “X8” AQİS-dən çıxarışdan görünür ki, X11 ilə X7 birgə nikahlarından xx.xx.1966-cı il təvəllüdlü Maraqlı şəxs4 doğulmuşdur. Məhkəmədə elan olunmuş 18 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X11 ilə X7 birgə nikahlarından xx.xx.1956-cı il təvəllüdlü Maraqlı şəxs2 doğulmuşdur. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətinlərindən görünür ki, X11 ilə X7 birgə nikahlarından xx.xx.1961-cı il təvəllüdlü X13, xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1970-ci il təvəllüdlü X14 və xx.xx.1963-cü il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.1974-cü il təvəllüdlü X12 doğulmuşdur. Məhkəmədə elan olunmuş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X16 arasında nikah Salyan rayon Şorsulu sovetliyində 24 noyabr 1954-cü ildə 17 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Maraqlı şəxs7 birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Şorsulu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,1593 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 məxsusdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Şorsulu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5145 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X9 məxsusdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflər miras əmlakı faktiki qəbul edərək istifadə etməkdədirlər. Vərəsə miras əmlakdan istifadə edirsə həmin miras əmlak qəbul edilmiş sayılmalıdır.Tərəflərin qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə tələbləri isə təmin olunmamalıdır. Vərəsələrə qanun üzrə vərəsə kimi notariat orqanında şəhadətnamə verilməlidir. Həmin səlahiyyət notariat orqanın səlahiyyətinə aid olduğundan və məhkəmənin səlahiyyətinə aid olmadığından rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X15 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X15 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2023-ci ildə **********, xx.xx.2023-ci ildə **********, xx.xx.2023-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X16, X11 və X4 mülkiyyətində olan müvafiq olaraq 1,1593 ha, 0,5145 ha və 0,7051 ha torpaq sahələrinin miras əmlak kimi vərəsələr tərəfindən, yəni X4 mülkiyyətində olan miras əmlakın vərəsələri Ərizəçi, Maraqlı şəxs8 və Maraqlı şəxs7, X16 və X6 mülkiyyətində olan miras əmlakın vərəsələri Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, X10, Maraqlı şəxs5, Maraqlı şəxs6 tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar