Məhkəmə qərarları › İş №2(057)-1466/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1466/2023

24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1466/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi1 Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “doğum faktının təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 atasının X10 olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydində ata qrafasında X10 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.2002-ci il tarixində və Ərizəçi2 xx.xx.2005-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşlar. Bu haqda xx.xx.2006-cı il tarixində AZ-İ 742476 və AZ-İ 742477 saylı Bakı şəhəri, Sabunçu rayonu VVADQ şöbəsindən doğum haqqında şəhadətnamə alınmışdır. X2 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bu haqda Bakı şəhəri, Yasamal rayonu Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixində 885 saylı qeydlə ölüm haqqında şəhadətnamə verilmişdir. İlk öncə Maraqlı şəxs1nə müraciət etmişlər və onlara xx.xx.2023-cü il tarixli, 3-16-5/7-15-M-37/2-06/2023 saylı və 3-16-5/7-15-M-36/2-06/2023 saylı məktubla bildirilmişdir ki, onlara atalığın müəyyən edilməsi mümkün deyildir və məhkəmə qaydasında təqdiq edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 28.4, 44.2, Azərbaycan Respublikası NK VVADQ qaydasının 2.15 bəndinə və MPM-nin 307.1, 308-ci maddələrinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin bibiləri X11 və X6 şahid qismində proses zamanı çıxış edəcəklər və həqiqətən də, X3 onların ataları olmasını etiraf edəcəklər.Odur ki, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 atasının X10 olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydində ata qrafasında X10 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, ata soyadında olması daha məqsədəuyğundur. Ona görə də, məhkəməyə ərizə ilə müraciət etmişdir. Atasından miras əmlak qalmamışdır. Atası ilə anası Rusiyada yaşamışlar. Sənədə görə onlar nikaha girə bilməmişlər. Atası Bakı şəhərində vəfat etmişdir. Anasının ünvanlı sosial yardım alması üçün atalıq faktının təsdiq olunmasını istəyir. Anası Rusiyadadır, bu səbəbdən də məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O və bacısı tələbədirlər. Atası 18 iyun 2023-cü ildə vəfat etmişdir. 24 iyul 2023-cü il tarxidə Maraqlı şəxs1ndən atalığın müəyyən edilməsinin mümkün olmaması barədə məktub almışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış X11 bildirmişdir ki, Mirrahilə və Mirnizam qardaşı X7 uşaqlarıdır. Uşaqlara bir müddət onlar baxmışlar. Qardaşı uzun müddət ailəi ilə birlikdə Moskva şəhərində yaşamışdır. Qardaşı vaxtında nikaha düşə bilməməsi onların Moskva şəhərində pasport qeydiyyatına düşmək istəyinin olması ilə bağlı olmuşdur. Qardaşı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 bildirmişdir ki, ərizəçilər qardaşı uşaqlarıdır. Qardaşının toyu Moskva şəhərində olmuşdur. Toylarında iştirak etmişdir. Qardaşı xəstələndiyi üçün Azərbaycana qayıtmış uşaqlar anaları ilə Moskva şəhərində qalmışdır. Qardaşı, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yaşayan Maraqlı şəxs2 və Ərizəçi2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş mərhum X3 xx.xx.2005-ci il tarixdə doğulmuş Ərizəçi2 atası olması faktının qeydə alınması barədə müraciətlərinə Maraqlı şəxs1ndə baxılmışdır. Diqqətlərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcələsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Beləliklə, müraciətlərində göstərilən hal üzrə atalığın tanınması faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Odur ki, həmin məsələ ilə bağlı müəyyən olunmuş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər. Belə ki, iş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yaşayan Maraqlı şəxs2 və X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş mərhum X3 xx.xx.2002-ci il tarixdə doğulmuş Ərizəçi1 atası olması faktının qeydə alınması barədə müraciətlərinə Maraqlı şəxs1ndə baxılmışdır. Diqqətlərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcələsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Beləliklə, müraciətlərində göstərilən hal üzrə atalığın tanınması faktının müəyyən edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Odur ki, həmin məsələ ilə bağlı müəyyən olunmuş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər. İş materiallarına əlavə olunmuş X5 ksero surətindən görünür ki, X12 ilə Maraqlı şəxs2 birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 doğulmuşdur. İş materiallarına əlavə olunmuş X9 ksero surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 07 ayının 06 günündə 885 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs2 X10 faktiki ərarvad münasibətlərində olmuşlar. Onların birgə evliliyindən xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 adlı övladları olmuşdur. X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmişdir. Uşaqların atalarının X10 olmasını məhkəmə iclasında şahidlərin ifadələri və iş materiallarında olan ailə foto şəkilləri ilə də təsdiq edilmişdir. Ərizəçilər atalıq faktının müəyyən edilməsi barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşaqın anası ilə nikahda olmayan şəxsin atalığı uşaqın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və validiyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə uşaqın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşaqın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Yenə də həmin qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X1 Mirrahilə Samir qızı və Ərizəçi2 ataları olması ərizəçilərin izahatları, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, eyni zamanda X10 öldüyü üçün həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alına bilinməməsi səbəbindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi1 və Ərizəçi2 atalarının X10 olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ilə X3 birgə nikahlarından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 ataları olması barədə təqdim etdiyi sübutları, uşaqların doğum tarixlərini və şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, X10 xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 ataları olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X10 - xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.2005-ci il təvəllüdlü Ərizəçi2 atası kimi tanınması faktı müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında X3 adı qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar