Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-147/2024 01.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə torpaq və vurulmuş ziyanın qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh Salyan rayonunun Yenikənd kənd sakini Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Yenikənd kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsinin alınaraq ona qaytarılması, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi 0,15 ha torpaq sahəsinin 3 il ərzində cavabdehdə olduğu müddətdə 1500 manat əldən çıxmış qazancın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Salyan rayonu, Yenikənd kəndində yerləşən Ə.Möhnətovaya məxsus 0,1489 ha torpaq sahəsini 2600 manata almışdır. Cavabdeh X3 məxsus 24 sot torpağı almışdır. Cavabdeh ona məxsus torpaq sahəsini 2021-ci ildən zəbt edib vermir. Səsəbini soruşduqda aldığını bildirmişdir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, Ziyafətdən 1,40 ha torpaq sahəsi almışdır. Amma sənəddə 1,25 ha torpaq sahəsi olmuşdur. Ona görə də 1,40 ha torpaq sahəsindən istifadə edir. 1.25 ha torpaq sahəsində taxıl əkir, 1,5 ton məhsul yığmışdır. Torpağı qaytarmaq istəyir. Lakin tələb olunun pulu vermək istəmir.Odur ki, verilmiş iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindəm görünür ki, satıcı X1 rayonu, Yenikənd kəndində yerləşən, ümumi sahəsi 0,1489 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır. Məhkəmədə elan olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-237 saylı, Kod 80905018 saylı şəhadətnamənin surətindən görünür ki, Salyan rayonu, Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,15 hektar torpaq sahəsi X8 və X2 mülkiyyətinə verilmiş və qeydiyyat kitabında 237 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2021-ci il ********** nömrə ilə qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 1, 2492 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2021-ci il ********** nömrə ilə qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 0,1489 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Mübarizə Vəliyevin vermiş olduğu xx.xx.2024-cü il tarixli rəyindən görunur ki, Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən Cavabdeh faktiki istifadəsində olan 1.41 ha pay torpaq sahəsi naturada GPS aləti vastəsilə dəqiqləşdirilmişdir. Reyestr nömrəsi **********62 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1489 ha pay torpaq sahəsi və reyestr nömrəsi **********63 olan çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 1.2492 ha pay torpaq sahəsi torpaqların elektron kadastr uçotu məlumatları əsasında dəqiqləşdirilmişdir. İddiaçı mülkiyyətində olan 0.1489 ha pay torpaq sahəsi, bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə iddiaçıları dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, qismən iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur.Ona görə də iddia torpaaq tələbinə dair hissədə əsaslı olduğundan təmin olunmalıdır. İddiaçının 1500 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddianın həmin hissədə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim edə bilməmiş, cavabdeh də bunu etiraf etməmişdir.Ona göər də iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəX6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul cavabdeh X4 alınıb iddiaçı X10 ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 24 dekabr 2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Salyan rayonu, Yenikənd kəndində yerləşən 0,1489 ha torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 95 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat Cavabdeh oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-147/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-147/2024
01.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver