Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1485/2024 02.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Salyan rayonun Xalac kəndində yaşayan (Hacıyeva) Cavabdeh Sadıqova soyadının dəyişdirilərək əvvəlki soyadına keçirilməsi barədə və bütün şəhidə aid statuslardan mərhum olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, Ərizəçi ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizəsinin məzmunundan aydın olur ki, Ərizəçi Cavabdeh qaynatasıdır. Aygün ərizəçinin oğlu X1 2022-ci ili noyabr ayında nikaha daxil olması səbəbindən soyadını dəyişdirərək Sadıqova soyadı götürmüşdür. Ərizəçi hazırda Aygünün soyadının dəyişdirilərək əvvəlki vəziyyətə qaytarılmasını şəhidə aid statuslardan mərhum olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin Cavabdeh soyadının dəyişdirilməsi ilə bağlı tələblər irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. Soyadının dəyişdirilərək əvvəlki soyada keçirilməsi hüququ Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi barədə qaydalara əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir (maddə 6.1). Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir (maddə 6.2). Həmçinin qaydalar əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər (maddə 1.5). Bundan başqa, ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Ərizəçi Cavabdeh Sadıqova soyadının dəyişdirilərək əvvəlki soyadına keçirilməsi barədə maraqlı şəxslər Maraqlı şəxs1nə və Salyan Regional “ASAN xidmət” mərkəzinə müraciət etməmişdir. Halbuki, qanunvericilik soyadının dəyişdirilməsini birbaşa məhkəmə müdafiəsi qaydasını müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Cavabdeh soyadının dəyişdirilərək əvvəlki soyadına keçirilməsi barədə və bütün şəhidə aid statuslardan mərhum olunması barədə ərizəsi iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Bundan başqa, məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ərizəçinin Cavabdeh şəhidə aid statuslardan mərhum olunması barədə tələbə xüsusi icraat qaydasında deyil iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin məhkəmə ərizəçinin diqqətinə çatdırı ki, ərizədə maraqlı şəxslərin ayrıayrılıqda poçt məlumatları qeyd olunamlı olduğu halda heç bir məlumat qeyd olunmamışdır. MPM-in 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-in 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi Cavabdeh Sadıqova soyadının dəyişdirilərək əvvəlki soyadına keçirilməsi barədə iddiası məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə cavabdehin özünün qeydiyyat orqanına müraciət etməsini və onun qərarından narazı qaldığı halda inzibati qaydada və (və ya) inzibati məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 267 və 268-ci maddələri rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1485/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1485/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver