Məhkəmə qərarları › İş №2(057)-1525/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1525/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1525/2025 13.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası Bağırova (Nəhmədova) Qəndab Rufulla qızının 1939-cu ildə doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə atası X3 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra anasına Bağırova soyadı verilmişdir. Valideynlərinin birgə nikahlarından o, qardaşı və bacıları olmaqla 7 övladları doğulmuşdur. X1 xx.xx.2007-ci ildə, atası X3 isə xx.xx.2024-cü ildə Salyan rayonunda ölmüşlər. Qeyd edir ki, anası 1939-cu ildə doğulmuş və qanunla ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə ilə o, orta məktəbə getmiş, keçmiş SSRİ-də pasport almış, nikaha daxil olmuş və Dövlətimizin şəxsiyyət vəsiqəsini almışdır. Lakin qeydiyyat orqanına müraciət etdikləri zaman anasının doğum akt qeydi aşkarlanmamışdır. Eləcədə anasının doğum akt qeydi Salyan Rayon Dövlət arxivindədə yoxdur. Lakin anasının doğumu ilə bağlı təsərrüfatbaşına kitamda, onun oxuduğu təhsil şöbəsində, qeydiyyat şöbəsində saxlanılan anasına məxsus nikah və ölüm akt qeydləri kitabında olacaqdır. Atası öldükdən sonra müəyyən sənədlərin hazırlanması ilə müvafiq orqanlara müraciətlər etdiyi zaman anasının doğum haqqında şəhadətnaməsi tələb olundu və o bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etdiyi zaman isə anasına dair doğum akt qeydinin olmadığı məlum oldu. Bu səbəbdən də anasının doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, anası Bağırova (Nəhmədova) Qəndab Rufulla qızının 1939-cu ildə doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Salyan rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərazi aidiyyətinə riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “şəxsiyyət məlumatları” bölməs(lər)ində görünür ki, Ərizəçi Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsinə əsasən, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən, Ərizəçi Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olduğundan, ərizə ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.3-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 11 (on bir) manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş 11 (on bir) manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin X2 İdarəsi) tərəfindən ona qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar