Məhkəmə qərarları › İş №2(057)-1575/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1575/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1575/2025 27.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Salyan “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin notariusu X2 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Salyan “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin notariusu X2 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2024-cü il tarixdə vəfat etmiş qardaşı X3 miras qalan Salyan rayonu, Quyçu kəndində yerləşən torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, verdiyi ərizəni düzgün tərtib etməmişdir. Çatışmazlığı aradan qaldıraraq yenidən məhkəməyə ərizə verməsi üçün hazırki iş üzrə ərizəsinin baxılmamış saxlanılmaqla, əlavə etdiyi sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Salyan Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X4 məhkəməyə məktub ünvanlayaraq, təyin olunmuş məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X1 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu X2 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X1 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar