Məhkəmə qərarları › İş №2(057)-1625/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1625/2024

18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1625/2024 18.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Mirişli Mirtağı Miriş oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Salyan Regional “ASAN xidmət” Mərkəzinə, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı, Cavabdeh4 Fəxrəddı̇ n oğlu və Cavabdeh5 Fəxrəddı̇ n qızına qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması və miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Salyan Regional “ASAN Xidmət” Mərkəzi qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması və miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 109 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və tam olaraq qanun üzrə vərəsə kimi həmin əmlakda mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1951-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. X3 və X5 1943-cü ildə nikaha daxil olmuşlar (Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Salyan filialının 29 aprel 2024-cü il tarixli arxiv arayışı iddia ərizəsinə əlavə edilir). Həmin nikahdan yeddi uşaqları-X30, X43, X44, X23, X24, X45 doğulmuşdur. X3 xx.xx.1994-cü il tarixdə Salyan rayonunda vəfat etmişdir (AZ İİ 407013 saylı ölüm haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilir). X5 isə xx.xx.1995-ci il tarixdə Salyan rayonunda vəfat etmişdir (AZ 1 538568 saylı ölüm haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilir). Atası vəfat edən zaman bacısı X11 və qardaşı X25 başqa digər qardaşları sag olmuş, lakin hazırda onların hər biri vəfat etmişdir. Belə ki, qardaşları X44 xx.xx.2022-ci il tarixdə, X23 xx.xx.2007-ci il tarixdə, X24 xx.xx.2017-ci il tarixdə, X45 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir (Müvafiq şəhadətnamələr iddia ərizəsinə əlavə edilir). X2 Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 109 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüquqi ilə məxsusdur (dövlət reyestrindən verilmiş arayış iddia ərizəsinə əlavə edilir). Atası vəfat etdikdən sonra miras kimi Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 109 (yeni qaydalarla ünvan 1 yerləşən fərdi yaşayış evi qalmışdır. Həmin fərdi yaşayış evini faktiki olaraq miras kimi onun tərəfimdən qəbul edilmiş və hazırda da həmin evdə özü yaşayır. Həmin fərdi yaşayış evinin açarı da onadır və özündən başqa heç kim həmin evdə yaşamır və heç kimin həmin evdə iddiası yoxdur. Həmin fərdi yaşayış evini faktiki qəbul edərək həmişə etirazsız sahiblik etmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan İƏN tərəfindən verilmiş arayışda da qeyd etdikləri öz əksini tapır. Atası və anası vəfat etdikdən sonra qardaşları - X44 xx.xx.2022-ci il tarixdə, X23 xx.xx.2007-ci il tarixdə, X24 xx.xx.2017-ci il tarixdə və X45 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 109 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onunla bərabər qardaşı X23 da qəbul etmişdir və həmin evə faktiki olaraq qardaşı ilə birlikdə sahiblik etmişlər. Qardaşı xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Qardaşının vərəsələri-Cavabdeh5 (FİN 14MDLA48, ünvan: Salyan şəhəri, X.R.Ulutürk küçəsi 105, xx.xx.1982), Cavabdeh2 (FİN 3QONT2VV, AA 2986441, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 109, xx.xx.1981), Cavabdeh3 (FİN: xxxxxxx, AA 2843557, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 114, xx.xx.1984) və Cavabdeh4dur (FİN xxxxxxx, AA 4066650, Salyan şəhəri, X.R.Ulutürk küçəsi 109, xx.xx.1987). Onlar da həmin evdəki paylarının ona verilməsinə etiraz etmirlər. Bunu digər bacı-qardaşlarının vərəsələri də təsdiq edir. X6 vərəsələri-X26 (FİN AVV2MLZ9, ünvan: Cəlilabad rayonu, Günəşli kəndi, xx.xx.1964), X46 (FİN 5VVB2RYZ, ünvan: Cəlilabad rayonu, Günəşli kəndi, xx.xx.1992), X13 vərəsələri-X32 (FİN 4VTSZDT, ünvan: Salyan şəhəri, X.R.Uluturk küçəsi, ev 2, dalan 1, xx.xx.1972), X7 (FİN 40V2MXN, ünvan: Salyan şəhəri, X.R.Ulutürk küçəsi 24, xx.xx.1971), X16 (FİN 3CVVN90G, ünvan: Salyan şəhəri, B.Talıblı küçəsi, ev 1, mənzil 11, xx.xx.1976), X17 (FİN 11TZ5D9, ünvan: Salyan şəhəri, X.R.Ulutürk küçəsi 24, xx.xx.1977): X33 vərəsələri-X51 (FİN 5ND2YRE, ünvan: Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 33, xx.xx.1993), X28 (FİN 3YDM15N, ünvan: Bakı şəhəri, Ö.F.Nemanzadə küçəsi Ö/T 33, xx.xx.1954): X18 vərəsələri-X52 (FİN 1C1NUDU, ünvan: Salyan şəhəri, A.Ağazadə küçəsi 10, xx.xx.1976), X60 (FİN 19HAVVBX, ünvan: Salyan şəhəri, İ.Quliyev küçəsi 106, xx.xx.1977), X53 (FİN 5VVYSU3H, ünvan: Salyan şəhəri, A.Ağazadə küçəsi 106, xx.xx.1987): X34 vərəsəsi-X35 (2GPXVOP, ünvan: Salyan rayonu, Quyçu kəndi, xx.xx.1980), X36 (FİN OZVV4KZ8, ünvan: Salyan rayonu, Qızılağac kəndi, xx.xx.1985). Vərəsələrin müəyyən edilməsi ilə bağlı Salyan rayon Qeydiyyat Şöbəsinə müraciət etslər də, həmin sənədlərin verilməsinin mümkün olmaması ilə bağlı imtina məktubu verilmişdir. Bu səbəbdən vərəsələrin dairəsinin müəyyən edilməsi barədə sənədi məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə əsasən müstəqil qaydada əldə edə bilmədiyim üçün X5nun vərəsə dairəsinin müəyyən edilməsi məqsədilə Salyan rayon Qeydiyyat Şöbəsi və Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisindən tələb edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin: 53-cü maddəsinə əsasən məhkəmədən Cavabdeh5 Fəxrəddı̇ n qızının, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızının, Cavabdeh3 Fəxrəddı̇ n qızının və Cavabdeh4 Fəxrəddı̇ n oğlunun cavabdeh kimi cəlb edilmələri və Azərbaycan Respublikasının MPM-nin 78.2-ci maddəsinə əsasən müstəqil qaydada əldə edə bilmədiyi üçün X5nun vərəsə dairəsinin müəyyən edilməsi məqsədi ilə Salyan rayon Qeydiyyat Şöbəsi və Salyan Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisindən tələb edilməsi barədə qərar qəbul edilməsi, iddia tələbinin aşağıdakı redaksiyada qəbul edilməsini: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və tam olaraq qanun üzrə vərəsə kimi həmin əmlakda mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlu mülki iş üzrə cavabdeh kimi işdə iştiraka cəlb olunmuşdur. İddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum atası vəfat etdikdən sonra valideyinlərdən miras qalmış evdə yaşayaraq, mərhum qardaşı X43 ilə birlikdə faktiki qəbul etmişlər. Hazırda da, mərhum qardaşının vərəsələri, eləcə də digər mərhum qardaş və bacılarının vərəsələri mirasdan onun xeyrinə imtina edirlər və onun iddiasını qəbul edirlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh5 Fəxrəddı̇ n qızına, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızına, Cavabdeh3 Fəxrəddı̇ n qızına, Cavabdeh4 Fəxrəddı̇ n oğluna və Salyan Regional “ASAN Xidmət” Mərkəzinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər, eyni zamanda cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlu ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, İddiaçı onlara qarşı olan iddia tələbini tam qəbul edirlər. İddia tələbinə qarşı heç bir etirazları yoxdur. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestr arayışından görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 109, Yeni qaydalarla: Az 5200, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, giriş 193 ünvanda yerləşən ümumi sahəsi 139.7 kv.metr olan fərdi yaşayış evi və 0.0437 ha torpaq sahəsi X10 adına xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” Məkrəzində Notariat ofisinin xüsusi notariusu Nail Orucovun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 785 g nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5ndan miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı Salyan Regional “Asan xidmət” Məkrəzində Notariat ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdü. Bundan əlavə faktiki qəbul barədə sənədin olmaması, o, cümlədən vərəsələrin dairəsinin müəyyən oluna bilməməsi səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, arayışdan görünür ki, X45 25 avqust 2016-cı ildə ölmüşdür. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, arayışdan görünür ki, X27 04 avqust 1984-cü ildə ölmüşdür. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, arayışdan görünür ki, X44 15 iyul 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, arayışdan görünür ki, X23 25 aprel 2007-ci ildə ölmüşdür. İş materiallarında olan X29 ksero surətindən görünür ki, X43 xx.xx.1994-cü il tarixdə Salyan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ilin 08 ayının 26 günündə 166 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X29 ksero surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə Salyan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1994-cü ilin 07 ayının 07 günündə 140 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X29 ksero surətindən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə Salyan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 03 ayının 01 günündə 140 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X29 ksero surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə Salyan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 10 ayının 31 günündə 244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X22 ksero surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə X20 ilə X9 nikahlarından doğulmuşdur. İş materiallarında olan X22 ksero surətindən görünür ki, X24 xx.xx.1946-cı il tarixdə X20 ilə X9 nikahlarından doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası X58 filyalı tərəfindən Salyan Regional “Asan xidmət” Məkrəzinə verilmiş xx.xx.2024-cü il tarixli, 3-48DA/9F/2-215/2024 nömrəli Arxiv arayışından görünür ki, X58 filalında mühafizə olunan Salyan rayon Qeydiyyat şöbəsinin arxiv sənədlərində, o cümlədən 1942-1943-cü illərə aid nikah haqqında aktın 61 nömrəli qeydində X10 Məmmədova (Ağalarova) Səriyyə Miryəhya qızı ilə 09 sentyabr 1943-cü ildə nikahlarının bağlanması qeydə alınmışdır. İş materiallarında olan Salyan RİH Başçısının Salyan Şəhər İƏN-nin verdiyi 20 may 2024-cü il tarixli arayışdan görünür ki, Abdullayeva (Məmmədova) Durnaxanım Kamil qızının X5 xx.xx.1995-ci il tarixdə, X3 xx.xx.1994-cü il tarixdə vəfat etmişlər. Mərhumun daimi yaşayış yeri ünvan 16 ünvan olmuş, ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü qalmışdır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən Abdullayeva (Məmmədova) Durnaxanım Kamil qızı adlı övladı qalmışdır. İş materiallarında olan X33 Salyan rayon notariat kontoruna ünvanladığı ünvan 18i, X44 ərizə yazaraq bildirmişdir ki, atası X21 24 fevral 1995-ci il tarixdə ölmüşdür və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atasının ölümündən sonra mirası, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də, öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarında olan cavabdehlərdən Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlunun məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, İddiaçı onlara qarşı olan tələbini tam qəbul edirlər və iddia tələbinə qarşı heç bir etirazları yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlunun atası X14 bacısıdır. Miras qoyan X20 iddiaçının atasıdır. X5 (xx.xx.1995-ci ildə vəfat edib) X3 (xx.xx.1994-cü ildə vəfat edib) ilə 1943-cü ildə nikaha daxil olmuşlar. X20 ilə X9 birgə nikahlarından 7 uşaqları - X30 (xx.xx.1984-cü ildə vəfat edib), X43 (xx.xx.1994-cü ildə vəfat edib), X44 (xx.xx.2022-ci ildə vəfat edib), X23 (xx.xx.2007-ci ildə vəfat edib), X24 (xx.xx.2017-ci ildə vəfat edib), X45 (xx.xx.2016-cı ildə vəfat edib) və İddiaçı doğulmuşdur. Atasının sağlığında bacısı X30 və qardaşı X43 vəfat etmişdir. Miras qoyan vəfat edərkən, sağ olmuş vərəsələr də vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, miras qoyan X20 xx.xx.1995-ci il il tarixdə vəfat etdiyinə görə MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Mülki Məcəllənin 529-cü maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Mülki Məcəllənin 556-cı maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə X4 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. X4 xx.xx.1995-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix də həmin tarixdir. Hazırki iş üzrə tərəf olan iddiaçı miras qoyanın övladıdır, cavabdehlər isə miras qoyanın nəvələri olmaqla onun birinci növbədə, bərabər pay hüquqlu vərəsələri olmuşdur. İddiaçı miras əmlakı faktiki qəbul etmiş, idarə etmiş, eyni zamanda evdə yaşamağa davam etməklə atasından miras qalmış ev üzərində payını faktiki olaraq da qəbul etmişdir. Cavabdehlər Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlu məhkəmə iclasında iddianı tam olaraq qəbul etdiklərini bildirmişlər. Məhkəməyə bu barədə hər biri ayrı-ayrılıqda ərizə vermişlər. Beləliklə, cavabdehlər iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Belə ki, MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə əsasən cavabdehlər tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Bundan başqa, cavabdehlər - Cavabdeh5 Fəxrəddı̇ n qızı, Abdullayeva Fəxrı̇ yyə Fəxrəddı̇ n qızı, Cavabdeh3 Fəxrəddı̇ n qızı və Cavabdeh4 Fəxrəddı̇ n oğlu qanun üzrə vərəsə kimi mirası vaxtında qəbul edə bilməmişlər. Qeyd edilməlidir ki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin məhkəmə tərəfindən uzadılması nəzərdə tutulsa da bu uzatma yalnız məhkəmənin üzrlü saydığı hallarla məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, mərhumun digər qanun üzrə vərəsələri olan övladları da miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etmişdir. Eyni zamanda, artıq yuxarıda qeyd edilənlərə əsasən, cavabdehlərin öz payını vaxtında qəbul etmədiyi müəyyən edildiyindən, bütün qanun üzrə vərəsələr miras əmlakdakı paylarından iddiaçının xeyrinə imtina etdiyindən onların da payı iddiaçı keçir və iddiaçının miras əmlak üzərindəki tam hüququ müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 28 fevral 1995-ci ildə vəfat etmiş X20 tərəfindən miras qalmış Salyan şəhəri, X74 küçəsi, ev 109 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli və İddiaçı mərhum X5ndan miras qalmış Salyan şəhəri, X74 küçəsi, ev 109 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi tam mülkiyyət hüququ tanınmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 28 fevral 1995-ci ildə vəfat etmiş X20 tərəfindən miras qalmış Salyan şəhəri, X74 küçəsi, ev 109 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. İddiaçı mərhum X5ndan miras qalmış Salyan şəhəri, X74 küçəsi, ev 109 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi tam mülkiyyət hüququ tanınsın. Ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar