Məhkəmə qərarları › İş №2(057)-1641/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1641/2023

01.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1641/2023 01.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X26 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması və qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi ərizəsində mərhum atası X13 və anası X4 xüsusi mülkiyyətində olan ünvan 2 yeni qaydalarla AZ 5201 Salyan şəhəri, X36 küçəsi, giriş 59 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü ildə qeydiyyata alınmış **********70-10301 reyestr nömrəsi olan 0.0446 ha olan torpaq sahəsində 247.8 kvm olan fərdi yaşayış evi miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Ələsgər onun atası, Gözəlxanım isə anasıdır. Ələsgər 1986-cı ildə, Gözəlxanım isə 4 il əvvəl vəfat etmişdir. Onların adında ünvan 2 ünvanda fərdi yaşayış evi miras qalmışdır. Valideynləri öləndən sonra həmin evdə heç kim yaşamamışdır. Özü Salyan şəhərində yaşayır, evə tez-tez gəlib baxır. Qardaş və bacılarının imkanları var və onlar mirasdan imtina edir, təkcə o, mirası qəbul etmişdir. Qardaş və bacılarının evin onun adına keçməsinə hər hansı bir etirazları yoxdur. Buna görə də, evin onun adına keçməsini istəyir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Mülki iş üzrə Cavabdehna lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərinin məhkəməyə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X8, X16, X17, X22 və X11 məhkəməyə teleqram ünvanlayaraq, iddianı qəbul etdiklərini, məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəklərini bildirmişdirlər. Məhkəmədə elan olunmuş xx.xx.1944-cü il tarixli evlənmə haqqında № 1 saylı akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə X13 ilə X14 nikah bağlamışlar. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki,X13 ilə X4 xx.xx.1959-cu il təvəllüdlü Məhluqə,xx.xx.1963-cü il təvəllüdlü Arzu, xx.xx.1955-ci il təvəllüdlü Həyat adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən çıxarış barədə məlumatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixində hüquqları ********** nömrəsi ilə qeydiyyata alınmış, xüsusi mülkiyyət növündə ünvan 2 yeni qaydalarla AZ 5201 Salyan şəhəri, X36 küçəsi, giriş 59 ünvanında yerləşən 247.80 kvm sahəsi olan **********70-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində X1 və 0.0446 ha olan torpaq sahəsinin üzərində X9 mülkiyyət hüquqları vardır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin məyyənləşdirilməsinə dair № 05/20478 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə qiyməti 42200 manatdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mübahisə predmeti olan fərdi yaşayış evinə verdiyi xx.xx.2023-cü il tarixində tərtib olunan, 809-1/34/3503 saylı inventar nömrəli, **********70-10301 reyestr nömrəli ünvan 2 yeni qaydalarla AZ 5201 Salyan şəhəri, X36 küçəsi, giriş 59 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X5r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X37 Xidmət Mərkəzində Notariat X25 Nail Hilal oğlu verdiyi № 313g saylı 13 iyul 2023-cü il tarixli X37 Xidmət Mərkəzində notariat ofisinə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, qeyd edilən səbəbdən vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmişdir. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X13 xx.xx.1998-ci il tarixində Salyan rayonunda Hipertoniya xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X10 oğlu xx.xx.2006-cı il tarixində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X4 xx.xx.1957-ci il təvəllüdlü Xuraman, xx.xx.1950-ci il təvəllüdlü Ayna və xx.xx.1961-ci il təvəllüdlü Sədaqət adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan X15, X8, X16, X17, X22 və X6 notariusda təsdiq olunmuş ərizələrində, xx.xx.2006-cı ildə vəfat etmiş, X3 qalmış miras əmlakdan onlara çatası payları nə faktiki qəbul etmiş, nə də notariat ofisinə mirası qəbul etməyə dair ərizə verməklə müraciət etmişdirlər və etmək fikrində də, deyildirlər. İş materiallarında olan Salyan RİHB-nin Salyan şəhəri İƏDN-nin verdiyi № 1567 saylı 21 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X13 ilə X4 X15, X8, X16, X17, X22, İddiaçı, Maraqlı şəxs və X11 adlı vərəsələri qalmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli notarial qaydada yazılmış və təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, X2 şəhəri, M.F.axundov küçəsi, 26-da yerləşən üç otaqlı yaşayış evindəki məcburi payını qızı Maraqlı şəxs vəsiyyət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X13 ilə X4 vərəsələri olan uşaqlarında yalnız iddiaçı miras əmlakı faktiki qəbul edərək istifadə etməkdədir. Vərəsə miras əmlakdan istifadə edirsə həmin miras əmlak qəbul edilmiş sayılır. Yuxarıda qeyd edilən əsasla fərdi yaşayış evi və torpaq sahəsinin miras əmlak kimi vərəsə İddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilməli və İddiaçı həmin əmlaklara mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X21 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X21 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X21 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2023-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X12 və X9 mülkiyyətində olan müvafiq olaraq Salyan şəhəri, M.F.Axundov küçəsi 34, yeni qaydalarla: AZ5201, Salyan rayonu, Salyan şəhəri, M.F.Axundzadə küçəsi 59-da yerləşən 247,80 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və 0,0446 ha torpaq sahəsinin miras əmlak kimi vərəsə İddiaçı tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin və İddiaçı həmin əmlaklara mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar