Məhkəmə qərarları › İş №2(057)-1656/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1656/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1656/2023 22.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçılar İddiaçı3 Mirsədir oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3 Mirsədir oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Çuxanlı kəndində yerləşən onlara məxsus cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2.05 ha zəbt olunmuş torpaq sahəsinin onların qanunsuz sahibliyindən geri alınaraq onların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası 22 noyabr 2023-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddiaçılar İddiaçı3 Mirsədir oğlu, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, iddiaçılar məhkəmənin xx.xx.2023-cü il tarixə, xx.xx.2023-cü il tarixə təyin olunmuş hazırlıq iclaslarına da gəlməmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı3 Mirsədir oğlu, İddiaçı2, İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar