Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1660/2024 29.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdehlər Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi X2, Cavabdeh2, Cavabdeh3, İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Salyan “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi X2, Cavabdeh2, Cavabdeh3, İsmayılova(Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 xüsusi mülkiyyətində olan Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 46, yeni qaydalarla ünvan 1 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********01-10301 reyestr nömrəsi olan 130.5 kvm xüsusi mülkiyyət, 0.04128 ha olan torpaq sahəyə onun payına düşən hissəyə irası qəbul etməsi müəyyən edilməklə qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddia ərizəsinə məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbz əlavə edilsə də, “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində rüsumdan artıq istifadə olunduğu göstərilmişdir. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi X2, Cavabdeh2, Cavabdeh3, İsmayılova (Axundova) Sevgül Məmmədyar qızına qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1660/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1660/2024
29.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver