Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1665/2024 30.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu İddiaçı Ərizəçi Cavabdeh qarşı “Şəhadətnamə səhvən qeyd edilmiş ad və soyadının həmin sənəddən silinməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Ərizəçi Cavabdeh qarşı “Şəhadətnamə səhvən qeyd edilmiş ad və soyadının həmin sənəddən silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X2 məxsus olmuş və hazırda onun istifadəsində olan 0.37 ha torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı səhvən qeyd edilmiş həmkəndlisi Sadiqova (Məmiyeva) Fəxrəndə İsgəndər qızının adının və soyadının həmin sənəddən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırki ərizədən görünür ki, Ərizəçi iddiaçı qismində Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X2 məxsus olmuş və hazırda onun istifadəsində olan 0.37 ha torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı qeyd edilmiş Sadiqova (Məmiyeva) Fəxrəndə İsgəndər qızının adının və soyadının həmin sənəddən silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, 1995-ci ildə Salyan rayonunda anadan olmaqla hazırda da həmin rayonun Xalac kəndində yaşayır. X4 onun doğma atasıdır. Onlar ailədə 4 övlad olmaqla ailə üzvlərindən 2 nəfəri onlardan ayrı yerdə yaşayırlar. Hazırda o və qardaşı X5 ilə birlikdə atasına məxsus evdə yaşayırlar, ona məxsus təsərrüfatı faktiki olaraq onlar idarə edirlər. X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun bütün dəfn mərasimini və hüzür xərclərini onlar 2 qardaş həyata keçirmişlər. Mərhum atasına məxsus Xalac kəndindəki 0.37 ha torpaq sahəsi bilavasitə onun adına olmuşdur. Lakin məlum olmayan səbəb üzündən həmin “Torpağın mülkiyyətə verilməsinə dar Şəhadətnamədə həmkəndliləri X1 adı qeyd edilmişdir. O atasının vərəsəsi kimi həmin torpaq sahəsinin və torpağın üstündə tikilmiş yeni evi öz adına keçirmək istədikdə ona bildirilmişdir ki, həmin şəhadətnamədə Fəxrəndənin də adı qeyd edildiyindən onun da adı yazılacaqdır. Bu isə ədalətsiz və qanunsuz hesab olunur. Belə ki, Fəxrəndə onların həmkəndliləri olmaqla onlarla heç bir qohumluq əlaqəsi yoxdur, hazırda bildiyinə görə Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır və soyadı Məmiyeva kimi qeyd edilmişdir. O, Fəxrəndənin kənddə yaşayan qardaşına bildirmişdir ki, bacısının onun atasına məxsus şəhadətnamədən adını çıxartdırsın. Onlar hamısı razıdırlar və qardaşı Coşqun Sadıqov bildirmişdir ki, məhkəmədə bacısının adının şəhadətnaməyə yazılmasını bildirəcək və onun adının silinməsinə razı olacaqlarını bildirəcəklər. MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Göründüyü kimi, iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə adı qeyd edilmiş cavabdeh Sadiqova (Məmiyeva) Fəxrəndə İsgəndər qızının adının və soyadının həmin sənəddən silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bildiri ki, Ərizəçi tələbinə məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olduğundan ərizədə iş üzrə tərəflər iddiaçı deyil ərizəçi, cavabdeh deyil maraqlı şəxs olaraq göstərilməlidir. Həmçinin maqlı şəxs qismində Sadiqova (Məmiyeva) Fəxrəndə İsgəndər qızı ilə yanaşı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni verən hüquqi şəxs və ya onun hüquqi varisi göstərilməlidir. MPM-in 307.1-ci maddəsin əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin: 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi öz ərizəsində Şəhadətnamədə səhvən ad və soyadın qeyd etsə də, sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı (ərizəçi) tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına və ərizənin forma və məzmununa riayət olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı-Ərizəçi Cavabdeh qarşı “Şəhadətnamə səhvən qeyd edilmiş ad və soyadının həmin sənəddən silinməsi” tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1665/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1665/2024
30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver