Məhkəmə qərarları › İş №2(057)-1729/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1729/2023

07.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1729/2023 07.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı elektron əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində X2 Aydan İbrahim tərəfindən daxil edilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, 2015-ci ilin oktyabr ayının 1-də türk vətəndaşı Aydın İbrahim adlı şəxs onu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Ocaq Başı restoranına ofisant kimi işə götürmüşdür. Həmin restorana türk vətəndaşı Aydın İbrahim rəhbərlik etmişdir. 05 iyul 2016-cı ildə xidmətə çağırılmış, hərbi xidmətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Ocaq Başı restoranı ləğv olmuş yerində başqa tikili tikilmişdir. Aydın İbrahim vergi ödənişindən yayınaraq başqa ölkəyə qaçmışdır. Hərbi xidmətdən 01 yanvar 2018-ci ildə qayıtmışdır. Hərbi xidmətdən qayıdandan bugünkü günə kimi heç bir işə daxil ola bilməmişdir. Aydın İbrahim tərəfindən bağlanmış elektron bazada yerləşdirilən elektron əmək müqaviləsinin ləğv edilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etmişdir. Cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X3 verilmiş iddiaya etirazı olmadığını bildirdi. Məhkəmədə elan olunmuş, iddiaçıya verilən 25 fevral 2022-ci il tarixli cavabdan görünür ki, aktiv əmək müqaviləsinin olması barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xıdmətində baxılmış, müraciətlə bağlı əməkdaşlar onunla telefon (051 351-22-51) əlaqəsi saxlamış və qanunvericiliyin tələbləri izah etmişlər . Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətidən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmaqla, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanuni əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq X2 daxil etmək işəgötürənin vəzifəsinə aid edilmişdir. Hazırda işə götürənin olmadığından əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi mükün deyildir.Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 Aydın İbrahim tərəfindən daxil edilmiş onunla İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və xx.xx.2015-ci il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiyn sisteminə daxil edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X2 Aydın İbrahim tərəfindən daxil edilmiş onunla İddiaçı arasında bağlanmış 01 oktyabr 2015-ci il tarixli Əmək müqaviləsinə xitam verilsin. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar