Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1747/2025 13.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdehnə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “elektron əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “elektron əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Aydın İbrahim tərəfindən daxil edilmiş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi, aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi hüququ X4 Xidmətinə həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehin ünvanı Bakı şəhəri, Mirəsədulla Mirqasımov küçəsi olaraq qeyd etsə də Salyan Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdehin hüquqi ünvanı - ünvan 2espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, Cavabdeh təşkilat Salyan rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalı deyildir. Bu baxımdan hesab edirəm ki, mövcud iddia ərizəsinin Salyan Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçıya Cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənləri və MPM-in 35, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “elektron əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X1 daxil edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1747/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1747/2025
13.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver