Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1766/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X30 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 1987-ci il tarixdə vəfat etmiş X3 arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Salyan şəhəri, Nizami küçəsi, ev 04-də qeydiyyatda olmaqla yaşayır, xx.xx.1961-ci il tarixdə X26 ilə X7 nikahlarından doğulmuşdur. X11 1934-cü illə Salyan rayonu Cəngən kəndində X27 (Sultanova) Seyidnisə Yaqub qızının faktiki nikahlarından doğulmuşdur. Atasının hər iki valideyinləri vəfat etmişdir. X1 04 iyun 1987-ci il tarixdə Salyan şəhərində vəfat etmişdir. X11 xx.xx.1960-cı il tarixdə, anası X15 isə xx.xx.2017-cı il tarixdə vəfat etmişlər. Hazırda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən onun xüsusi mülkiyyətində olan Salyan şəhəri, Nizami küşəsi, 04 saylı fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi kimi paylı mülkiyyətdədir. (Həmin sənədə əsasən 1/10 hissə onun, 1/10 hissə mərhum bacısı X9, 1/10 hissə bacısı X5, 6/10 hissə mərhum anası X10 və 1/10 hissə isə mərhum nənəsi Bəşirova (Sultanova) Seyidnisə Yaqub qızının mülkiyyətindədir. Nənəsi Sultanova (Bəşirova) Seyidnisə Yaqub qızından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisindən ona 924 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla-xx.xx.1987-ci ildə vəfat etmiş mərhum nənəsi - Sultanova (Bəşirova) Seyidnisə Yaqub qızından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyi müraciətə cavab olaraq vərəsəliyin qəbulu müddətinin keçməsi, həmçinin vərəsələrdən X16 qohumluq (doğum) faktını təsdiq sənədlər olmadığı üçün vərəsəlik işinin notarial qaydada rəsmiləşdirmək mümkün olmadığından, sənədlər məhkəməyə təqdim edilməsi üçün ona qaytarılmışdır. Odur ki, Atası 1934-cü il təvəllüdlü X16 Sultanova (Bəşirova) Seyidnisə Yaqub qızının oğlu və Sultanova (Bəşirova) Seyidnisə Yaqub qızının onun nənəsi olması barədə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. X4 X1nın oğlu olması, yəni X3 öz nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həm qohumu, həm də qonşusu olmuşdur. O, Ərizəçi atası Fərman Bəşirovu tanıdığını, Fərman Bəşirovun anasının Seyidnisə Sultanova olduğunu, Seyidnisə Sultanova öləndə onun təxmini 35 yaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusu olmuşdur. O, Seyidnisə Sultanovanı 1956-cı ildən tanıdığını, Seyidnisənin ərinin Qara Bəşirov olduğunu, Ərizəçi isə Seyidnisənin nəvəsi olduğunu bildirmişdir. Maraqlı şəxs Salyan Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 407098 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1960-cı il tarixdə Salyan şəhərində ölmüşdür. İşdə olan V- JQ 407098 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. X11, anası X13r. İşdə olan İİİ-JQ 407098 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1987-ci il tarixdə Salyan şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0824 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Ərizəçi, X21, X14, X17 və X5 adına rəsmiləşdirilmişdir. İşdə olan AR X29 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1928-1934-cü illərə aid doğum qeydi aktları araşdırılmış, lakin mərhum X16 1934-cü ildə doğum tarixi aşkar olunmamıdşır. İşdə olan Salyan Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, həmin notariat ofisində 04.06.198-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Ərizəçi müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İşdə olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1934-cü il təvəllüdlü X16 doğumu haqqında və 1902-ci il təvəllüdlü Bəşirova (Sultanova) Seyidnisə Yaqub qızı ilə Qara Bəşirovun nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin müvafiq doğum və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin akt ondan ötrü tərtib olunmuşdur ki, 1934-cü il təvəllüdlü X26 həqiqətən Bəşirova (Sultanova) Seyidnisə Yaqub qızı ilə Qara Bəşirovun birgə nikahından doğulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir hissəsinin tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 xx.xx.1987-ci il tarixdə ölmüşdür. X20 Ərizəçi nənəsi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Salyan RİHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktı, şahid ifadələri və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X20nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Salyan rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, onunla X20 ilə arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi ilə X20 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı, yəni ərizəçinin həmin şəxsin nəvəsi olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə vəfat etmiş X3 nəvəsi olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri, yəni mərhum X6 Bəşirovun nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il tarixdə vəfat etmiş X8 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri, yəni X20nın Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1766/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1766/2024
02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver