Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1766/2025 16.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X21 (Yunis) oğlu, Kərimova (Zərgərli) Elanor Yunis qızı, X15 (Yunis) oğlunun, X6, Ərizəçi1, Ərizəçi2, Məmmədova (Zərgərli) Validə Yunus (Yunis) qızı, X8, ataları X9, anaları X7 hesab edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra - MPM) 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizəçilərə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Ərizəyə əlavə edilmiş Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Vahid Rizvanovun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vərəsəliyin qəbulu müddətinin keçməsi, faktiki qəbulun olmaması, həmçinin mərhumun arvadı X1 adında və mərhum X3 adında uyğunsuzluqlar olması səbəbindən vərəsəliyi notarial qaydada rəsmiləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göründüyü kimi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 notariat orqanına xx.xx.1990-cı il tarixdə vəfat etmiş ataları X2 miras qalmış vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Notariat orqanı mərhumlar X1 və X3 adında uyğunsuzluqların olması səbəbindən vərəsəliyin notarial qaydada rəsmiləşdirilməsinin mümkün olmaması səbəbindən imtina etsə də, ərizəçilər X12, X11, X4, X6, Ərizəçi1, Ərizəçi2, X10, X8, ataları X9, anaları X7 hesab edilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X12, X11, X4, X6, X10 və X13 ayrı-ayrılıqda və ya birlikdə müvafiq orqana adlarında və soyadlarında olan uyğunsuluqların aradan qaldırılması ilə bağlı müraciət etməməsinə baxmayaraq ərizəçilər onların adından məhkəməyə ərizə ilə müraciət etmişlər. MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, ərizə MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X5 İdarəsi tərəfindən Ərizəçi1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X5 İdarəsi tərəfindən Ərizəçi1 qaytarılsın. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1766/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1766/2025
16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver