Məhkəmə qərarları › İş №2(057)-1797/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1797/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1797/2023 30.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X8 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştitakı ilə, evdən çıxarma tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xüsusi mülkiyyətində olan Salyan rayonu, İkinci Varlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlərdən biri Nurlan oğludur, o, 1996-cı ildə anadan olmuş,2 ildir ki, Əfsanə adlı qadınla evlənmişdir.Cavabdeh2 atasından ona miras qalmış evə köçürülmüş və bir azyaşlı uşağı vardır. Hər iki valideyni vəfat emiş, özü və bacısı valideynlərinin qanuni vərəsələridir. Halhazırda oğlu və gəlini onunla yola getmir, hətta bacısı gəlinin qorxusundan evdən çıxmışdır.Dəfələrlə evlərində dava-dalaş olmuş, dəfələrələ 102 xidmətinə zəng edərək şikayət olunmuş, lakin heç bir nəticəsi olmamışdır.Odur ki, hər iki cavabdehin valideynlərindən ona miras qalmış evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, 2021-ci ildə Əfsanə ilə evlənmiş, onu atası ilə birlikdə yaşadığı evə gəlin köçürmüşlər.Hazırda bir uşağı var, başqa yerdə yaşamağa yeri yoxdur.Atası onları evdə yaşamağa imkan vermir.Atası hətta hamamda olan lavazimatları gizlədərək onların yaşayışına maneçilik törədir. Odur ki, verilmiş iddianın əsassız olması səbəbindən rədd olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, 2021-ci ildə Nurlan ilə evlənmiş, evlənərkən Nurlanın atasının yaşadığı evə köçürülmüşdür.Yaşadığı müddətdə bir uşağı olmuşdur.İddiaçı onları yola vermir və hər ikisini evdən çıxarmaq istəyir. Müxtəlif bəhanələr gətirərək, onların evdə yaşamasına maneçilk törədir. Ərinin evdən çıxacağı təqdirdə özü də çıxacaqdır.Lakin başqa yerdə yaşamağa yeri olmadığı üçün bir uşağının olmasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş ünvan ünvanladığı məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən mərhum atası X2 qanuni vərəsəsidir. Salyan Rayon QŞ-nin vermiş olduğu 17 avqust 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının atası X3 07 sentyabr 2022-ci ildə vəfat etmişdir. Salyan Rayon QŞ-nin vermiş olduğu 17 avqust 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının anası X1 06 mart 2008-ci ildə vəfat etmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasprotun surətindən görünür ki, mübahisəli ev mərhum X2 adına olmuşdur. İkinci Varlı kənd inzibati ərazi dairəsinin vermiş olduğu 17 noyabr 2023-cü il tarixli, 313 saylı arayışdan görünür ki, iddiaçının həmin kənddə 0,30 ha həyatyanı torpaq sahəsi və 120 kvm olan 5 otaqlı yaşayış evi vardır. Mülki işə əlavə olunmuş 27 oktyabr 2023-cü il tarixli və 13 noyabr 2023-cü il tarixli cinayət işnin başlanmasının rədd olunması barədə qərarlardan görünür ki, iddiaçı cavabdehlərdən daxili işlər nazirlyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Məhkəmə tərəfləri dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məkəmə baxışı zamanı aydın olmuşdur ki, mübahisəli ev iddiaçının valideynlərindən miras qalmış evdir və mülkiyyətə iddiaçının qanuni vərəsə kimi hüququ vardır.Qeyd olunan evə iddiaçının mülkiyyət hüququ olmasa belə həmin hüquq gözəlnilən hüquqdur və qeyd olunan səbəbdən iddiaçının mülkiyyət hüququ qorunmalıdır. Cavabdehlərdən biri Cavabdeh1 iddiaçının oğlu, digəri Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdeh1 1996-cı ildə mübahisəli mənzildə anadan olmuş və həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən onun qeyd olunan fərdi yaşayış evində yaşamaq hüququ saxlanılmalıdır. Digər Cavabdeh2 mübahisəli mənzilə 2021-ci ildə köçürülmüş, o, iddiaçının ailə üzvü deyildir, aralarında heç bir razılaşma mövcud olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 özünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmaması, maddi vəziyyəti və sair diqqətə layiq digər halların,özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən məhkəmə onun göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanılması mümkün deyildir. İddiaçı ilə birlikdə yaşayan oğlu Nurlan sonuncunun ailə üzvü olduğundan Nurlanın həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ vardır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.İddiaçının gəlini Cavabdeh2 həmin mənzildə yaşamasına razılığı olmadığından sonuncunun qeyd olunan mənzildən istifadə hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında (X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarı) öz əksini tapmışdır. X7 Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddədə göstərilmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddədə qeyd edilmişdir ki,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı valideynlərindən miras qalmış Salyan rayonu İkinci Varlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar