Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1802/2023 08.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X11 iştirakı ilə mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa olunması, miras əmlakda payların müəyyən edilməsi və naturada bölünməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi ərizəsində mərhum atası X8 mülkiyyətində olmuş Salyan rayonu, Qarabağlı kəndində yerləşən fərdi yaşayış evi və həmin evin 0,10245 ha həyatyanı torpaq sahəsi üzrə miras əmlakın qəbul edilməsi faktının, həmin miras əmlakdakı payının müəyyən edilməklə naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, atası 30 noyabr 2002-ci ildə,anası isə 25 aprel 2020-ci ildə vəfat etmişdir. Adlarına torpaq sahəsi və yaşayış evi olmuşdur. Torpaqda Elnarə, Elmin və Rufanənin də payı olmuşdur. Özü Salyan şəhəri,C.Cabbarlı küçəsi ev 37 mənzil 39-da yaşayır.Qarabağlı kəndində qeydiyyatdadır.5-6 il olar ki, Salyan şəhərinə köçmüş və həmin vaxta qədər ata evində yaşamışdır. Anası 2020-ci ildə vəfat edəndə özü artıq Salyanda yaşamışdır. Anası vəfat edəndən sonra həmən evdə rəhmətə gedən qardaşı Elxanın arvadı və uşaqları yaşamış, təqribən 1 il sonra Şirvan şəhərinə köçmüşlər. Evin qapısının açarları Elnarə xanımdadır. Ata yurduna sahiblik edən yoxdur. Notariusa müraciət etmiş, lakin qardaşının ailəsi narazılıq etdiyi üçün imtina olunmuşdur. Atası və anasından miras qalmış əmlakı tələb edir. Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, qaynanası və qaynatası uzun müddədir ki, vəfat etmişlər.Özü 1995-ci ildə mübahisəli evə gəlin köçmüş və orada 3 uşağı olmuşdur.Əri 2013-cü ildə vəfat etmiş və həyatyanı torpaq sahəsində özlərinin və ərinin də payı olmuşdur. Ev iddiaçının adına keçirilmiş,özlərinin isə məlumatı olmamışdır. Evin iddiaçının adına keçirilməsinə etiraz edir,qarşılıqlı iddia ərizəsi hazırlamaq üçün məhkəmə iclasının təxirə salınmasını və ona vaxt verilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmənin sonrakı iclasında qarşılıqlı iddia ərizəsini vermək istəmədiyini qeyd edərək işə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmə izahat verən Cavabdeh2 da anasının dediklərini bir daha təsdiq etmişdir. Üçüncü şəxs X17 da iddiaçının dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh3, DƏDRXnın 13 saylı Ərazi İdarəsi və Salyan Rayon 2 saylı xuüsusi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vastəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, X18 xx.xx.1977-ci ildə doğulmuşdur və onun atası X14 , anası isə X3r. 26 mart 1979-cu il tarixli, № 394991 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X14, anası isə X3r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 11 avqust 1995-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında qeydlər kitabında 33 № ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 1966-cı il 11 fevral tarixdə evlənmişlər. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 sentyabr 1970-ci ildə Salyan şəhərində anadan olmuş, atası X14, anası isə X3r. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında qeydlər kitabında 10 № ilə qeyd edilmişdir. Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 27 aprel 1973 cü il tarixdə Salyan rayon Qarabağlı kəndində anadan olmuş və bu barədə 30 may 1973-cü ildə 75 № ilə doğum haqqında akt qeydi tərtib olunmuşdur. Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 öldüyü tarixədək subay olmuşdur. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqında qeydlər kitabında 12 № ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2013-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında qeydlər kitabında 24 № ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının İddiaçı göndərdiyi məktubdan görünür ki, Salyan rayon qeydiyyat şöbəsinin arxiv sənədləri, o cümlədən 1940-1943-cü illərə aid doğum aktları araşdırılmış, lakin İddiaçı doğum tarixi aşkar olunmamışdır. Məhkəmədə elan olunmuş Salyan Regional “Asan xidmət” X7 verdiyi arayışdan görünür ki, X8 ailə tərkibi arvadı X4, oğulları X17, X15, X18 və İddiaçı ibarət olmuşdur. Məhkəmədə elan olunmuş Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin vermiş olduğu 31 may 2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən onun atası X14 xx.xx.2002-ci ildə, anası X4 xx.xx.2020-ci ildə vəfat etmiş və mərhumların ölən günədək daimi yaşayış yeri Salyan rayonu Qarabağlı kəndi olmuş,vərəsələri X17, İddiaçı, X15 və X18 olmuşdur. Məhkəmədə elan olunmuş Salyan Regional “Asan xidmət” Mərkəzində Notariat X6 İddiaçı göndərdiyi məktubdan görünür ki, xx.xx.2002-ci ildə vəfat ətmiş atası X5 və xx.xx.2020-ci ildə vəfat etmiş anası X1 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətdən imtina olunmuşdur. Məhkəmədə elan olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu Qarabağlı kəndində 0,10245 ha torpaq sahəsində yerləşən yaşayış evi X8 mülkiyyətindədir, torpaq sahəsi isə sonuncu və Cavabdeh3, X18, X4, Cavabdeh1, Cavabdeh2, İddiaçı paylı mülkiyyətindədir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2023-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X8 mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən 80,9 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0,10245 ha torpaq sahəsinin X14 və X2 miras qalmış hissəsi vərəsə İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli, həmin fərdi yaşayış evinin və paylı mülkiyyətdə olan 0,10245 ha torpaq sahəsinin X14 və X2 miras qalmış hissəsinə İddiaçı ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. Məhkəmədə aydın olmuşdur ki, iddiaçı miras qoyanın birinci növ vərəsəsidir və o, miras əmlakı faktiki qəbul etmişdir.Eyni zamanda 2013-cü ildə vəfat etmiş X18 da miras qoyanın birinci növ vərəsəsi olmaqla miras əmlakı qəbul etmiş və sonradan vəfat etmişdir.Digər vərəsə X17 miras əmlakı qəbul etməmişdir.Ona görə də ona miras əmlakdan pay düşmür.Qeyd edilənələrə əsas miras əmlakdan iki vərəsəyə pay almaq hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-ci maddəsində qeyd olunmuşdur ki, 1159.1-ci maddəsində qeyd olunmuşdur ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşımaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2023-ci ildə ********** saylı çıxarışla qeydə alınmış X8 mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən 80,9 kvm ümumi sahəsi olan fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0,10245 ha torpaq sahəsinin X14 və X2 miras qalmış hissəsi vərəsə İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin, həmin fərdi yaşayış evinin və paylı mülkiyyətdə olan 0,10245 ha torpaq sahəsinin X14 və X2 miras qalmış hissəsinə İddiaçı ½ hissədə mülkiyyət hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1802/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1802/2023
08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver