Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1884/2024 26.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi- vəkil Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə verdiyi ərizəsində göstərmişlər ki, Salyan Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu Sarvan kəndində yerləşən 0,80 ha Torpağa mülkiyyət hüququna dair JN 431 saylı KOD ********* olan dövlət aktında adı qeyd olunan 06 sentyabr 2013-cü ildə vəfat etmiş X4 Ərizəçi (doğum akt qeydiyndə adı Baxtilə) Əlihüseyn qızının doğum aktı qeydində qeyd edilən ana adı X3 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi vəkil Nümayəndə ərizədə qeyd edilənləri təsdiq edərək Salyan Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu Sarvan kəndində yerləşən 0,80 ha Torpağa mülkiyyət hüququna dair JN 431 saylı KOD ********* olan dövlət aktında adı qeyd olunan 06 sentyabr 2013-cü ildə vəfat etmiş X4 Ərizəçi (doğum akt qeydiyndə adı Baxtilə) Əlihüseyn qızının doğum aktı qeydində qeyd edilən ana adı X3 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin natariusu X9 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadın baxılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Torpağa mülkiyyət hüququna dair JN 431 saylı KOD ********* olan dövlət aktının surətindən görünür ki, X6 Salyan Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu Sarvan kəndində yerləşən 0,80 ha torpaq sahəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. 20 mart 1947-ci ildə aparılmış doğum akt qeydində X1 ana qrafasında anası X2 qeyd olunmuşdur. Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin natariusu X7 vermiş olduğu xx.xx.2024-cü il tarixli 241 saylı arayışdan görünür ki, ərizəçiyə doğum akt qeydində ana qrafasında anasının adının sonrakı hüquqmüəyyənedici sənədlərlə uyğunsuz təşkil etməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının Həmin Məcəllənin 308-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edilənələrə əsasən belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,ərizəçinin doğum akt qeydində ana qrafasında anasının adı və atasının adı sonrakı hüquqmüəyənedici sənədlərlə uyğunsuzluq təşkil etdiyi üçün ərizəçi vərəsəliklə bağlı hüquqlarını həyata keçirə bilməmişdir. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, ərizəçi hüququnu başqa qaydada həyata keçirə bilmədiyi üçün haqlı olaraq məhkəməyə müraciət etmişlər.Ona görə məhkəmə ərizənin təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 307 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Salyan Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu Sarvan kəndində yerləşən 0,80 ha Torpağa mülkiyyət hüququna dair JN 431 saylı KOD ********* olan dövlət aktında adı qeyd olunan 06 sentyabr 2013-cü ildə vəfat etmiş X4 Ərizəçi (doğum akt qeydiyndə adı Baxtilə) Əlihüseyn qızının doğum aktı qeydində qeyd edilən ana adı X3 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1884/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1884/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver