Məhkəmə qərarları › İş №2(057)-1920/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1920/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1920/2024 23.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İbadov X7 Elşən Ərzulla oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə bibisi 1938-ci ildə Salyan rayonu, Arbatan kəndində doğulmuş Məmmədova (İbadova) Roza Seyfulla qızı və atası 1940-cı ildə Salyan rayonu, Xurşud kəndində doğulmuş X4 arasında qohumluq münasibətlərinin, yəni ana-bala olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1903-cü ildə doğulmuş mərhum atasının anası, X2 babası Ərizəçila ailə həyatı qurmuş və onların bu münasibətlərindən 2 uşaqları - 1938-ci ildə bibisi X12 və 1940-cı ildə X13 doğulmuşlar. Bibisi 1960-cı ildə X21 ilə ailə qurmuş və Mamedova soyadını qəbul etmişdir. Bibisinin 4 uşağı olmuşdur. Maraqlı şəxs3, Maraqlı şəxs2 Əruzlla oğlu, Maraqlı şəxs4 və X10. X10 7 yaşında 10 fevral 1972-ci ildə ölmüşdür. Bibisi Məmmədova (İbadova) Roza Seyfulla qızı 11 avqust 1983-cü il tarixdə, X3 isə 30 yanvar 1988-ci il tarixdə ölmüşlər. X2 25 avqust 2003-cü il tarixdə Salyan rayonu, Xurşud kəndində vəfat etmişdir. Hazırda atası, X8 yeganə vərəsəsidir. Atası vəfat etdiyi üçün o, faktiki olaraq nənəsindən atasına, atasından da ona keçmiş mirası adına rəsmiləşdirmək istəyir. Lakin atasının, anası ilə qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığı üçün vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Ona görədə məcbur olub məhkəmədə iddia qaldırırmışdır. X2 ilə bibisi 1938-ci ildə Salyan rayonu, Arbatan kəndində doğulmuş Məmmədova (İbadova) Roza Seyfulla qızı və atası 1940-cı ildə Salyan rayonu, Xurşud kəndində doğulmuş X4 qohumluq, yəni ana bala olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X16 ilə arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun nənəsi olması və xx.xx.1983-cü il tarixdə vəfat etmiş Məmmədova (İbadova) Roza Seyfulla qızı ilə arasında qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianı müdafiə edir. X1 X2nın oğlu və Məmmədova (İbadova) Roza Seyfulla qızının bacısı olması, yəni X8 öz nənəsi, Məmmədova (İbadova) Roza Seyfulla qızının isə öz bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. O, Ərizəçi nənəsi Leyla İbadovanı və bibisi Roza İbadovanı tanıdığını bildirmişdir. O, Leyla İbadovanın 2003-cü vəfat etdiyini, dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusu olmuşdur. O, Ərizəçi nənəsi Leyla İbadovanı və bibisi Roza İbadovanı tanıdığını bildirmişdir. O, Leyla İbadovanın 2003-cü vəfat etdiyini, dəfndə iştirak etdiyini bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və Salyan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X21 ilə X6 nikahı haqqında oktyabr 1960-cı il tarixdə 26 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. AZ-İİ 382314 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu Minbaşı kəndində ölmüşdür. AZ-İİ 382267 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixdə Salyan rayonu Xurşud kəndində ölmüşdür. A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Salyan rayonu Xurşud kəndində anadan olmuşdur. X3, anası X11r. AZ-İİ 382266 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Minbaşı kəndində ölmüşdür. xx.xx.2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, X16 ona məxsus olan Xurşud kəndində yerləşən 1 mərtəbəli 2 otaqlı evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. X19 filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 1903cü ildə doğum tarixini təsdiq etmək mümkün olmamışdır. X19 filialı tərəfindən verilmiş 29.009.2023-cü il tarixli məktubdan görünür ki, X4 doğum tarixi aşkar olmamışdır. X19 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İbadova (Məmmədova) Roza Seyfulla qızının doğum tarixi aşkar olmamışdır. Salyan RİHB-nin Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Salyan rayonu Xurşud kənd sakini X16 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və aşağıdakı vərəsələri qalmışdır: oğlu X13 – xx.xx.1988-ci il tarixdə vəfat etmiş, nəvəsi Ərizəçi – xx.xx.1967-ci il tarixdə vəfat etmiş, qızı X9 – xx.xx.1983-cü il tarixdə vəfat etmiş. Salyan rayon Arbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış Ərizəçi ondan ötrü verilmişdir ki, xx.xx.2003-cü ildə vəfat etmiş X2nın mülkiyyətində olan Salyan rayon Xurşud kəndində yerləşən evi və həyətyanı torpaq sahəsinin vergisi mərhum vəfat etdikdən hal-hazıradək Ərizəçi ödəmiş və idarə etmişdir. Salyan regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, Ərizəçi ilə X8 qohumluq faktını müəyyən edən sənədlər, eyni zamanda mərhumun digər vərəsələrinin olub-olmamsı barədə hər hansı sənədlər təqdim olunmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir hissəsinin tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X16 xx.xx.2003-cü il tarixdə, X9 isə xx.xx.1983-cü il tarixdə ölmüşdür. X28 Ərizəçi nənəsi, mərhum Roza Məmmədova ərizəçinin bibisi olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Salyan RİHB-nın Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Arbatan kənd bələdiyyəsinin arayışları, şahid ifadələri və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X28nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Salyan rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, onunla X28 ilə arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi ilə X28 və Roza Məmmədova arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı, yəni ərizəçinin Leyla İbadovanın nəvəsi, Roza Məmmədovanın isə qardaşı oğlu olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 nəvəsi, xx.xx.1983-cü il tarixdə vəfat etmiş Roza Məmmədovanın isə qardaşı oğlu olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri, yəni mərhum X15 İbadovun nənəsi, Roza Məmmədovanın isə bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X16 və xx.xx.1983-cü il tarixdə vəfat etmiş İbadova (Məmmədova) Roza Seyfulla qızı ilə Ərizəçi arasındakı qohumluq münasibətləri, yəni X28nın Ərizəçi nənəsi, Roza İbadovanın (Məmmədovanın) isə Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar