Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1949/2025 12.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı cavabdeh Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi və üçüncü şəxslər X5 və X3 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi və üçüncü şəxslər X5 və X3 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə vəfat etmiş anası X1 miras qalan Salyan rayonu, Xurşud kəndində yerləşən **********169-10301 saylı reyestr nömrəsi ilə qeydə alınmış fərdi yaşayış evinin torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin Salyan Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə həvalə edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmən hazırlıq iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılaraq ona əlavə edilmiş sənədlərin (dövlət rüsumu daxil) əslinin ona qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin ərizəsini nəzərə alaraq, hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, pin kodu: **********528903 olan mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X2 İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Salyan “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat ofisi və üçüncü şəxslər X5 və X3 qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, pin kodu: **********528903 olan mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul X2 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-1949/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1949/2025
12.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver