Məhkəmə qərarları › İş №2(057)-196/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-196/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-196/2023 18.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh iştirakı ilə lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azərmaş “ MMC ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsinə əsasən S.Məmmədovun sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220585 ban nömrəli, boz rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.“Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X2 illik 19 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 27 yanvar 2021-ci il tarixdə X2, X7 və İddiaçı MMC arasında MAS-2467 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsi üzrə T.Ağayev bütün öhdəlikləri öz üzərinə götürmüşdür.01 mart 2021-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-2467 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 18 aprel 2022-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 8313.60 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyul 2022-ci il tarixə ümumilikdə 1037.92 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 faiz hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. "Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Odur ki, Cavabdeh 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyul 2022-ci il tarixə 472,29 manat gecikdirilmiş əsas, 270,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 295,26 manat dəbbə pulu, 8313,60 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 9351,52 manat borc və ödənilmiş 113,92 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılov rayon məhkəməsinə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.Ona gorə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, idarə etdiyi avtomobil ilə Daevo markalı maşın 2022-ci ilin iyun ayında Bakı şəhəri dairəvi yolda toqquşmuşdur. Maddi ziyanı ödəməyə imkanı olmadığı üçün vaxtında borcunu ödəyə bilməmişdir.Özü tələbə olduğu üçün ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş 20 iyun 2020-ci il tarixli, MAS-2467 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış “Daxili lizinq” müqaviləsinə əsasən S.Məmmədovun sifarişi ilə 2020-ci il buraxılışlı,“Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220585 ban nömrəli, boz rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Məhkəmədə elan olunmuş 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq müqaviləsi” nə 1 saylı əlavədən görünür ki, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220585 ban nömrəli, boz rəngli avtomobilin dəyəri 13300 manat təşkil edir. Məhkəmədə elan olunmuş öhdəliklərin ötürülməsi barədə 27 yanvar 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, 20 iyun 2020-ci il tarixli, MAS-2467 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X1 X4 ötürülmüşdür. Məhkəmədə elan olunmuş öhdəliklərin ötürülməsi barədə 01 mart 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, 20 iyun 2020-ci il tarixli, MAS-2467 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər X3 Cavabdeh ötürülmüşdür. Məhkəmədə elan olunmuş 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq müqaviləsi”nə 3 saylı Əlavədən görünür ki, X2 illik 19 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, avtomobilin dəyişilmiş ehtiyat hissələrinin və xidmət haqqının dəyəri 8313.60 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və ödəməyəcəyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirmilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh 08 iyul 2022-ci il tarixə 472.29 manat gecikdirilmiş əsas, 270.37 manat gecikdirilmiş mükafat və 295.26 manat cərimə borcu var. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçı təşkilatdan 20 iyun 2020-ci il tarixli, MAS-2467 saylı “Daxili lizinq” müqaviləsinə və öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220585 ban nömrəli, boz rəngli avtomobil İddiaçı MMC-dən təhvil almış və avtomobili yararsız vəziyyətə gətirmiş, iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Ona görədə lizinq obyektinin sahibi avtomobili cavabdehin sahibliyindən geri götürərək dəymiş zərəri və lizinq obyektinin cavabdehin sahibliyinə olan müddət üçün nəzərdə tutulmuş ödənişi tələb etmişdir. Azərbaycan Respublikasının MM-nin 747.1.2-ci maddəsinin tələbinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilıməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 747.2-ci maddəsinin tələbinə əsasən Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsasən vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının MM-nin 748.1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən “lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.” Azərbaycan Respublikasının MM-nin 748.1.8-ci maddəsinin “tələbinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.” Azərbaycan Respublikasının MM-nin 748.2.1-ci maddələrinin tələbinə əsasən “lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir.” Azərbaycan Respublikasının MM-nin 748-2.3-cü maddəsinin tələbinə əsasən “Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 113,92 manat cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 20 iyun 2020-ci il tarixli MAS-2467 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 iyul 2022-ci il tarixə 472,29 manat gecikdirilmiş əsas, 270,37 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 295,26 manat dəbbə pulu, 8313,60 manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 9351,52 manat borc və ödənilmiş 113,92 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar