Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1999/2024 11.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması“ tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********53 №-li kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin təminatı qismində onunla bağlanmış eyni tarixli, BPM**********53 №-li zaminlik müqaviləsi əsasında ondan tutulmuş 1500 AZN (min beş yüz) manat pul vəsaiti və bununla bağlı məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutulması və xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminat vasitəsi kimi, eyni tarixli BPM**********53 №-li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh sonradan bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən tələb ona yönəldilmiş və onun barəsində vaxtında ödənilməyən ayrı-ayrı vaxtlarda ümumilikdə 1500 AZN (min beş yüz) manat pul vəsaiti əmək haqqının köçürüldüyü bank hesabından akseptsiz qaydada silinərək, kreditorun xeyrinə ödənilmişdir. Odur ki, Cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********53 №-li kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin təminatı qismində onunla bağlanmış eyni tarixli, BPM**********53 №-li zaminlik müqaviləsi əsasında ondan tutulmuş 1500 AZN (min beş yüz) manat pul vəsaiti və bununla bağlı məhkəmədə iddianın qaldırılması üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutulması və xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçıya 680 manat borcu qaldığını, maddi vəziyyətinin yaxşı olmadığını və bu səbəbdən borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: BPM**********53 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Şirvan filialı tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4600 manat kredit verilmiş, həmin müqaviləyə əsasən İddiaçı kredit götürən Cavabdeh öhdəlikləri üçün bank qarşısında zamin kimi öhdəlik götürmüşdür. "xxxx" ASC-nin Salyan rayon filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı **********500159132 saylı kart hesabından ayrıayrı vaxtlarda 1500 manat pul vəsait silinmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 36 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********53 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminat vasitəsi kimi, eyni tarixli BPM**********53 №-li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh sonradan bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən tələb ona yönəldilmiş və onun barəsində vaxtında ödənilməyən ayrı-ayrı vaxtlarda ümumilikdə 1500 AZN (min beş yüz) manat pul vəsaiti bank hesabından akseptsiz qaydada silinərək, kreditorun xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, kredit alan Cavabdeh kredit verən "xxxx" ASC-nin Şirvan filialı qarşısında yaranmış öhdəliyini icra etmiş zamin İddiaçı kreditorun həmin öhdəlik üzrə hüquqları tələbini ödədiyi həcmdə keçdiyindən, o, kredit alan Cavabdeh kreditora ödənilmiş məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq reqress qaydada tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etdiyini, borcun müəyyən hissəsini iddiaçıya ödədəyini bildirərək, iddianın qismən təmin olunmasını xahiş etsə də, öz etirazını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 1500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 36 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş 36 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1999/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1999/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver