Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2022/2023 21.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində mərhum babası X3, nənəsi X2 və atası X4 mülkiyyətində Salyan rayonu Sarvan kəndi qeydiyyat nömərsi ********** olan 19 mart 2020-ci ildə qeydiyyata alınmış **********70 reyestr nömrəsi olan 0,785883 ha olan torpaq sahəsinə onların payına münasibətdə miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən Ərizəçi bildirmişdir ki, babası X15, nənəsi X7, atası X8r. Adı şəkilən şəxslər vəfat etmiş,onlardan torpaq spahəsi miras qalmışdır. Rahib və Gülqədəmin 8 uşağı olmuş, onlardan biri atası olmaqla sonuncu da 2002-ci ildə vəfat etmişdir.Sağ olan vərəsələr bz paylarını ona verməyə razıdırlar.Özünün iki bacısı var, Aydan 1997-ci ildə, Gülbadam isə 1996-cı ildə anadan olmuş və hər ikisi atası vəfat edəndən sonrada onlarla yaşamışlar.Hər iki bacısı, yəni Gülbadam 2013-cü ildə, Aydan isə 2016-cı ildə Bəydili kəndinə ərə getmişlər. Atası sağ olan zaman torpağı əkib becərirmiş və vəfat edəndən sonra 2016-cı ilə qədər babası həmin torpağı əkib becərmişdir. Babası rəhmətə gedəndən sonra torpağın bir hissəsi Afaq adlı şəxsə satılmışdır, qalan hissəsini isə özü istifadə edir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən sonuncuların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, 4.7153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,785883 ha hissəsi X16, X5 və X9 ,2.35765 ha hissəsi isə X6 məxsusdur. 03 may 2006-cı il tarixli AZ-1 № 182749 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür və bu barədə Salyan rayon Sarvan kən ərazi nümayəndəliyində 10 №-li akt qeydi tərtib olunmuşdur. 30 iyul 2002-ci il tarixli AZ-İ № 010565 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 iyul 2002-ci il tarixdə ölmüşdür və bu barədə Salyan rayon VVADQ Şöbəsində 392№-li akt qeydi tərtib olunmuşdur. 21 noyabr 2022-ci il tarixli 869 saylı Salyan Rayon QŞ-nin vermiş olduğu arayışdan görünür ki, X15 06 iyul 2016-cı il tarixdə ölmüşdür və bu barədə Salyan rayon Sarvan kənd icra nümayəndəliyində 22 №-li akt qeydi tərtib olunmuşdur. Salyan rayon Sarvan kənd inzibati ərazi nümayəndəliyindən X10 verilmiş,xx.xx.2023-cü il tarixli 567 saylı arayışdan görünür ki, babası X11 xx.xx.2016-cı il tarixdə, nənəsi X7 xx.xx.2006-cı il tarixdə, atası X17 xx.xx.2002-ci ildə vəfat etmişlər, onların vərəsələri X12, Nağıyeva (Məmmədova) Sonaxanım Rahib qızı, X24, Nağıyeva (Dadaşova) Könül Rahib qızı, Nağıyeva (Həsənova) Sevil Rahib qızı, X20, Nağıyeva (Bəşirova) Vüsalə Rahib qızıdır. Salyan rayon Sarvan kənd inzibati ərazi nümayəndəliyindən X10 verilmiş, xx.xx.2022-ci il tarixli 853 saylı arayışdan görünür ki, babası X11 xx.xx.2016-cı il tarixdə, nənəsi X7 xx.xx.2006-cı il tarixdə, atası X17 xx.xx.2002-ci ildə vəfat ediblər və onların vərəsələri X13r. X31 Xidmət Mərkəzində Notariat Ofisinin 08 sentyabr 2023-cü il tarixli 645 g saylı məktubundan görünür ki, Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət, mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və X4 çıxarışda adı X1 qeyd olunduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçini dinləyib,işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, ərizə əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, ərizəçi miras qoyan baba və nənəsinin birinci növ vərəsələri deyil,eyni zamanda atası kimi qeyd etdiyi X4 adına olan mülkiyyət sənədəində sonuncunun adı “X29” oğlu kimi qeyd olunmuşdur.Göründüyü kimi mülkiyyət hüququnu təsdiq edən sənəddə miras qoyanın adı düzgün qeyd olunmamışdır. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, ərizəçinin iki bacısı atası vəfat etdikdən sonra onlarla birlikdə yaşamış, hər iki bacısı miras əmlaka faktki sahiblik etmişlər.Ona görə də məhkəmə ərizənin təmin olunmamasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X14 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsində qeyd olunmuşdur ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsində qeyd olunmuşdur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsində qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi mərhum babası X15, nənəsi X7 və atası X4 mülkiyyətində olan Salyan rayonu Sarvan kəndində yerləşən 19 mart 2020-ci ildə ********** qeydə alınmış, **********70 reyestr nömrəsi olan 0,785883 ha olan torpaq sahəsinə onların payına münasibətdə mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-2022/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2022/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver