Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2034/2023 12.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı elektron əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi tələbi barədə mülki işə 12 dekabr 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Elektron İnformasiya X1 tərəfindən daxil edilmiş xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Salyan rayonu, P.Xalac kəndi ərazisində yerləşən göldə həyat yoldaşı ilə birlikdə işləmişdir. 2013-cü ilin sonunda gölə nəzarət edən şəxslər onun vəsiqəsini almışlar. 2014-cü ilin yanvar ayının 6-da tanımadığı X3 onu "xxxx" MMC-yə işə götürmüş, lakin işə getməmiş və əmək haqqı almamışdır. Adı işdə qaldığından heç bir işə daxil ola bilmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncunun iştirakları olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş, iddiaçıya verilən 22 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, aktiv əmək müqaviləsinin olması barədə müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xıdmətində baxılmış və ona göndərilən məktubda qanunvericiliyin tələbləri izah olunmuşdur . Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi X6 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Mülki işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətidən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Salyan rayonu, Arbatan kəndində anadan olmaqla, Salyan rayonu, Arbatan kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanuni əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq X2 daxil etmək işəgötürənin vəzifəsinə aid edilmişdir. Hazırda işə götürənin olmadığından əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi mükün deyildir.Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Elektron İnformasiya X1 tərəfindən daxil edilmiş onunla İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və xx.xx.2014-cü il tarixli Əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiyn sisteminə daxil edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Elektron İnformasiya X1 tərəfindən daxil edilmiş onunla İddiaçı arasında bağlanmış 06 yanvar 2014-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verildikdən sonra əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş X2 daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-2034/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2034/2023
12.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver