Məhkəmə qərarları › İş №2(057)-205/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-205/2023

08.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-205/2023 08.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “tor çəpərin sökülməsi və 0,06 ha torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1h oğlu, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “tor çəpərin sökülməsi və 0,06 ha torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Qızılağac kəndində yerləşən onlara məxsus torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi arasında sonuncu tərəfindən çəkilmiş dəmir torun onun hesabına sökülməsi, JN-0436 KOD 80907018 nömrəli akt əsasında onlara məxsus 0,06 torpağın onlara qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx xxxxxx 1958-ci il tarixində Salyan rayonu, Qızılağac kəndində “Mirzəyevlər” ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladıdır. Ondan başqa 7 bacısı vardır. Yaşadıqları evin böyük bir həyəti var idi. Şifahi bildiyi məlumata əsasən təqribən 0.70 hektara yaxın olmuşdur. Həyətlərinin aşağı sol tərəfində “nar bağı” (ərazisi təqribən 0.06 ha-ya yaxın idi) adlandırdıqları bir sahə var idi. Hələ uşaq ikən o, bağı bacıları ilə birlikdə ərsəyə gətirmişdilər. X2 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Vəfat etdiyi günə qədər atasının adına sözügedən Salyan rayonu, Qızılağac kəndində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyənedici sənəd olmamışdır.15 avqust 1982-ci il tarixində İddiaçı1 ilə nikaha girmişdir. Nikaha girdikdən sonra atası sağlığında ev tikmək üçün özünə məxsus həyətyanı torpaq sahəsindən 0.12 hektar (“nar bağı” adalanan ərazinin solundakı ərazi) pay olaraq vermişdir. Sonradan həmin ərazidə ev tikməyə başlamışdılar. Həmin fərdi yaşayış evinə 1988-ci ilin aprel ayında 158 nömrəli texniki passport verilmişdir. Həmin texniki passportda torpağın sahəsi sənəd üzrə 1200 kv.m faktiki isə 1926 kv.m olaraq qeyd edilmişdir. Salyan rayonu, Qızılağac kəndində yerləşən fərdi yaşayış evi texniki passport üzrə əri İddiaçı1 məxsusdur. Sonradan, evin yerləşdiyi torpaq sahəsinə Salyan Rayon Aqrar İstehsalat Komissiyasının 1990-cı il 2 noyabr tarixli qərarı ilə JN – 0436, KOД 80907018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin il şəhadətnamə verilərkən qeyd olunan “nar bağı” adlandırdıqları sahəni atası ona vermiş və məhz özünün iştirakı ilə torpaq üzərində ölçü işləri aparmışdılar. Şəhadətnamə onun əri İddiaçı1 eləcədə qızı X4 adına verilmişdir. Həmin şəhadətnamədə torpağın sahəsi 0.18 ha olaraq göstərilmişdir. Həmin illə isə atını X9 istifadəsində olan torpağa JN - 0455 nömrəli, “ Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən torpağın sahəsi 0.52 ha olarıq qeyd edilmişdir. (Torpaq sahəsinin planına istinadən yazılmışdır). Amma əslində qeyd etdiyi həmin şəhadətnaməni görməmişdir. X1 xx.xx.1993-çü ildə ailə qurub köçdükdən sonra eyni həyətdə yaşadığı ata və anasına özü baxmışdır. Sonradan X25 onun istəyi ilə təqribən 4-5 ildən sonra ailəsi ilə birlikdə atasına məxsus evdə məskunlaşmağa başlamışdılar. 1996-ci ildə Salyan Rayon Aqrar İstehsalat Komissiyası tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilərkən aparılan ölçü işlərində ondan savayı bacılarından heç biri iştirak etməmişdir. Yəni, atasının ona verdiyi həmin “nar bağı”ndan bugünə qədər heç kimin məlumatı olmamışdır. Ta ki, sonuncu baş vermiş mübahisəli hadisəyə qədər. Belə ki, atası X19 və anası X11 15 aprel 2008-çi il tarixində Salyan Rayon Notariat Kontorunda 2-V-25 reyestr nömrəsi ilə birgə vəsiyyətnamə vermişdilər. Qeyd olunan həmin vəsiyyətnamədə Salyan rayonu Qızılağac kəndində yerləşən bir mərtəbəli, üç otaqlı evin və bütün əmlakın nəvələri Cavabdeh vəsiyyət edildiyi qeyd edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, atası X19 xx.xx.2015-ci il tarixində anası X12 isə 11 dekabr 2008-ci il tarixində vəfat etmişdir. Anasının öldüyü tarixdən 14 il atasının öldüyü tarixdən 7 il keçməsinə baxmayaraq nə vərəsə kimi onun qızları, nədəki vəsiyyətnamə üzrə vərəsəsi olan X20 vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa müraciət etməmişdilər. 2022-ci il tarixində onun Cavabdeh “nar bağı” adlanan sahənin özbaşına satılmasına etiraz edəndən sonra 2022-ci ilin mart ayında Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü Salyan rayon 2 saylı notariat ofisinə ərizə vermişdir. Lakin notariat ofisi Cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin 15 mart 2022-ci il tarixli, 05 saylı notariat hərəkəti aparılmasından imtina edilməsi barədə qərar təqdim edərək, İddiaçı2 ilə mübahisə olduğunu bildirərək ona vərəsəlil haqqında şəhadətnamə verilməsindən imtina etmiş və yaranmış mübahisənin həlli üçün Salyan Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur.Sonradan iddiaçı Cavabdeh mənə qarşı "miras əmlakda payların müəyyən edilməsi və naturada ayrılması tələbi ”nə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir.Daha sonra, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixində iddiasını dəqiqləşdirərək, "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X15 və X5 ümumi birgə mülkiyyətlərində olmuş Salyan rayonu, Qızılağac kəndində 120.4 ha tor oaq sahəsi və onun üzərində yerləşən fərdi yasayış evi və 1.0952 ha çöl torpaq sahəsindəki paylarının müəyyən edilməklə naturada ayrılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Salyan Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(057)-947/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı2 Mirza qızına qarşı “miras əmlakın qəbul etmə faktının, miras əmlakda payların müəyyən edilməsi və naturada ayrılması tələbi”nə dair iddiasının qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X9 adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2010-cı il və xx.xx.2022-ci il tarixlərdə qeydiyyata alınmış müvafiq olaraq Salyan rayonu, Qızılağac kəndində 1,0952 ha kənd təsərrüfatı təyinatlı torpaq və Salyan rayonu, Qızılağac kəndində 12044 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin daşınmaz əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququnun müəyyən edilməsi, iddia payların naturada ayrılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir.Sonradan onun qətnaməyə düzəliş edilməsindən ötrü məhkəməyə müraciət etmişdilər. Salyan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(057)-947/2022 saylı qərardadına əsasən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-947/2022 saylı qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilərək, qətnamənin müxtəlif hissələrində “Salyan rayonu Qızılağac kəndindəki 120.4 ha torpaq sahə”cümlələri “Salyan rayonu, Qızılağac kəndindəki 0,50295 ha torpaq sahəsi” kimi, eləcə də qət etdi hissəsində qeyd olunmuş “Salyan rayonu, Qızılağac kəndində 120.4 ha torpaq sahəsində yerləşə fərdi yaşayış EVİ” cümləsini “Salyan rayonu, Qızılağac kəndində 0,5029 ha torpaq sahəsində yerləşən 120,4 kv.m fərdi yaşayış evi” kimi oxunması qərara alınmışdır.Qeyd olunan kimi Cavabdeh Salyan rayon 2 saylı notariat ofisinə müraciətindən sonra Salyan rayon 2 saylı notariat ofisi tərəfindən 20 dekabr 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət ünvanlanmış və həmin müraciət əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş, X6 və 11 dekabr 2008-ci il tarixdə vəfat etmiş X5 adına 17 yanvar 2022-ci il tarixdə, qeydiyyat nömrəsi ********** nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 120.4kv.m torpaq sahəsinin ölçüsü isə 0.50293 ha olaraq göstərilmişdir. Lakin Salyan Rayon Məhkəməsinin 2(057)-947 2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh adına 02 sentybar 2022-ci il tarixdə, reyestr nömrəsi **********36-10301 nömrəli çıxarış verilmişdir. Bu çıxarışda isə, daşınma, əmlakın ümumi sahəsi 1204 kv.m olaraq qalsa da torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 0.522540 ha olaraq göstərilmişdir (baxmayaraq ki, Salyan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(057)-947/2022 saylı qərardadının qərara alındı hissəsində torpaq sahəsinin ölçüsü 0.50293 ha olaraq göstərilmişdir). Göründüyü kimi, Cavabdeh təqdim edilən çıxarışlar eyni ildə verilsə də, torpaq sahəsinin ölçüsündə böyük fərqliliklər vardır. Cavabdeh bundan sonra münasibətləri daha da gərginləşdirməyə başlamışdır. Belə ki, Cavabdeh qanunsuz olaraq ona məxsus olan həmin “nar bağı” adlanan sahəni zəbt edərək çəpərləmişdir. Hətta bununla bağlı “1027 xidmətinə zəng vuraraq öz şikayətini bildirmişdir. Lakin, nə şikayətə müsbət cavab verilmiş nədə ki, Cavabdeh barəsində tədbir) görülmüşdür. Əvəzində 19 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış X30 oglu (cavabdehin atası) öz izahatında göstərmişdir ki, özünə məxsus olan (halbuki özünə deyil, sənəd üzrə oğluna məxsusdur) 0,52 sot həyətyanı torpaq sahəsinin əvvəlki sərhəddini bərpa etmək üçün baldızı Anaxanımın “ onun həyətyanı torpaq sahəsindən çəkdiyi əlavə tor çəpəri xx.xx.2022-ci il tarixdə 11 radələrində səliqəli” şəkildə sökərək aparıb Anaxanımın həyətinə qoymuşdur. Göründüyü kimi cavabdehin atasıda öz izahatında bildirir ki, çəpəri sökərək ona məxsus olan ərazini zəbt etmişdilər.Bundan başqada, qeyd edilmişdir ki, ona məxsus olan torpağın sağ tərəfindən suvarma kanalı keçir. Kanalın həm sağ, həmdə sol tərəfində mühafizə zolağı mövcuddur. Hal-hazırda suvarma kanalının solunda yerləşən həmin mühafizə zolağından müəyyən icazə əsasında onun tərəfindən istifadə olunsada, amma sözügedən ərazinin onun torpaq sahəsi ilə hər hansı bir bağlılığı yoxdur. Bununla bağlı Azərbaycan Meliorasiya və X36 Səhmdar Cəmiyyəti X17 İdarəsi tərəfindən 16 may 2022-ci il tarixində, 05/180 saylı arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, verilir Qızılağac Kənd sakini İddiaçı1 ondan ötəri ki, onun həyətyanı torpaq sahəsinin yaxınlığından keçən LM suvarma kanalı X17 İdarəsinin balansındadır və suvarma kanalının mühafiə zolağı kanalın su buraxma qabiliyyətinə uyğun olaraq 5m müəyyən olunmuşdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İş üzrə iddiaçılardan İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZ 398096 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X7 28 fevral 1958-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında № 85 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şərbətov, arvada Şərbətova soyadı verilmişdir. AZ 472303 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X13 xx xxxxxx 1991-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında № 6 ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gülüşov, arvada Gülüşova soyadı verilmişdir. KOD 80907018, JN-0436 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli, 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı2 və X4 mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir. AZ 284632 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11 dekabr 2008-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 11 ilə qeyd edilmişdir. AZ 688686 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 23 mart 2015-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 04 ilə qeyd edilmişdir. xx.xx.2008-ci il tarixli birgə vəsiyyətnamədən görünür ki, X19 ilə X16 ölən günədək onlara məxsus Salyan rayonu, Qızılağac kəndində yerləşən bir mərtəbəli üç otaqlı evlərini və bütün əmlaklarını nəvələri Cavabdeh (iddiaçı) vəsiyyət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qızılağac kəndində 0,50293 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında X19 və X5 adına rəsmiləşdirilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin X9 adına daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2022-ci il tarixlərdə qeydiyyata alınmış müvafiq olaraq Salyan rayonu, Qızılağac kəndində 1,0952 ha kənd təsərrüfatı təyinatlı torpaq və Salyan rayonu, Qızılağac kəndində 120,4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilmiş, həmin daşınmaz əmlak üzərində Cavabdeh tam mülkiyyət hüququ müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilərək, qətnamənin müxtəlif hissələrində “Salyan rayonu, Qızılağac kəndində 120,4 ha torpaq sahəsi” kimi, eləcə də “qət etdi” hissəsində qeyd olunmuş “Salyan rayonu, Qızılağac kəndində 120,4 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi” cümləsinin “Salyan rayonu, Qızılağac kəndində 0,5029 ha torpaq sahəsində yerləşən 120,4 kv.m fərdi yaşayış evi” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qızılağac kəndində 120,40 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-1677/2023 saylı, xx.xx.2023-cü il saylı, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(057)-205/2023 saylı məktubu əsasında mütəxəssis M.Vəliyevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, araşdırma nəticəsində iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu, Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpər mövcud deyil. İddiaçı X8 və qeyriləri tərəfindən iddia olunan 0,06 ha, lakin faktiki yerdə göstərilən 0,12 ha mübahisəli torpaq sahəsi, elektron kadastr baza məlumatlarında Reyestr nömrəsi **********36-10301 olan “Çıxarış”a əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir və öz mülkiyyətinə aid torpaq sahəsidir. Faktiki istifadə olunan və mübahisəli torpaq sahələri yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-3- 16/2-10/6865 saylı, xx.xx.2023-cü il tarixli, ekspert Teymur Məmmədovun tərtib etdiyi ekspert rəyinə əsasən, araşdırma nəticəsində iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu, Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpər mövcud deyil. İddiaçı X8 və qeyriləri tərəfindən iddia olunan 0,06 ha, lakin faktiki yerdə göstərilən 0,12 ha mübahisəli torpaq sahəsi, elektron kadastr baza məlumatlarında Reyestr nömrəsi **********36-10301 olan “Çıxarış”a əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir və öz mülkiyyətinə aid torpaq sahəsidir. Faktiki istifadə olunan və mübahisəli torpaq sahələri yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Seriya **********36-10301 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu, Qızılağac kəndində 120,40 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Tərəflər arasında mövcud olan mübahisəli məsələ Cavabdeh Baba oğlu tərəfindən çəkilmiş torun sökülməsi və 0,06 ha torpaq sahəsinin qaytarılmasından ibarətdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-3- 16/2-10/6865 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində araşdırma nəticəsində iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu, Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpərin mövcud olmaması və mübahisəli torpaq sahəsinin Reyestr nömrəsi **********36- 10301 olan “Çıxarış”a əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur. Həmçinin ekspert rəyində mübahisəli torpaq sahəsinin hal-hazırda Cavabdeh istifadəsində və öz mülkiyyətinə aid torpaq sahəsi olduğu qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri torpaq sahəsinin hər hansı hissəsi qeyri-qanuni şəkildə tutulmamış, hasara alınmamış, sahiblik və istifadə etdikləri torpaq sahəsi cavabdehin özünün xüsusi mülkiyyətindədir və bununla da, cavabdeh iddiaçıların mülkiyyət hüququna qanunsuz müdaxilə etməmiş, həmin hüquqlarını pozmamışdır. Azərbaycan Respublikasının MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertizanın rəyini müzakirə edərək həmin rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, iddiaçıların özünə məxsus olduğunu iddia etdikləri Salyan rayonu, Qızılağac kəndində yerləşən torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında hal-hazırda tor çəpərin mövcud olmaması və mübahisəli torpaq sahəsinin Reyestr nömrəsi **********36-10301 olan “Çıxarış”a əsasən Cavabdeh mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olduğu mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapdığından və bununla da, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbayсan Respublikasının Mülki Məсəlləsinin; 152.1-сi maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənсam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-сi maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-сi maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-сü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbayсan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. 217.2-сi maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı qarşı “tor çəpərin sökülməsi və 0,06 ha torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiaları rədd edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar