Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2065/2025 23.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Salyan Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən olunması” tələbinə dair verdiyi ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi və həmin mənzilə dair daşınmaz əmlakın reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Y.Ələkbərovun 656 saylı, 24 dekabr 2001-ci il tarixli qərarından görünür ki, Salyan Rayon İcra Hakimiyyyətinə daxil olmuş xx.xx.2001-ci il tarixli 137 nömrəli məktubu nəzərə alaraq Salyan şəhəri, M.F.Axundov küçəsindəki yataqxana 5 saylı binanın 3 nömrəli mənzilini yaşamağa evi olmayan və mənzillə əlaqədar RİH-ə müraciət edən, Salyan şəhər sakini İddiaçı 4 nəfərdən ibarət ailəsinə verilməsi, onunla kirayə müqaviləsinin bağlanması və pasport qeydiyyatının götürülməsi Salyan Rayon Mənzil İstismar Sahəsinin rəisi cənab S.Axundova tapşırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəisi A.A.Hüseynov ilə İddiaçı arasında bağlanan xx.xx.2025-ci il tarixli 27 saylı müddətsiz müqavilədən görünür ki, Salyan şəhəri, M.F.Axundov küçəsindəki yataqxana 5 saylı binanın 3 nömrəli 3 otaqdan ibarət mənzil İddiaçı icarəyə verilmişdir. Müqavilənin bağlanmasına əsas Salyan Rayon İcra Hakimiyyətinin başçısı Y.Ələkbərovun 656 saylı, 24 dekabr 2001-ci il tarixli qərarıdır. Məhkəmə qərar qəbul edərkən 12 aprel 2019-cü il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini əsas götürür. Həmin qərarın 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə ki, mülkiyyət hüququnun tanınması və qeydiyyatı müvafiq dövlət reyestrindəki qeydlər əsasında həyata keçirilir. Müvafiq qeydin verilməsi əsası qismində isə hazırki ərizə üzrə faktın tanınması çıxış edə bilməz. Bu səbəbdən ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Həmçinin məhkəmə qyed etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (çıxarışın alınması) həmin daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (girov qoyulmasının), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsidir və bu inzibati hərəkətlər sözügedən orqanın məhz publik (hakimiyyət) səlahiyyətlərinin icrası ilə bağlı xüsusatdır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Salyan Rayon İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən olunması” tələbinə dair ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Salyan rayon Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilə Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2065/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2065/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver