Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2068/2025 28.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Səlimov Elturan Elman oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi xx.xx.2017-ci il tarixli **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən ona məxsus olan torpaq sahələrinin zəbt etdikləri hissəsindən cavabdehlərin çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və torpağın zəbt olunmuş hissəsindəki cavabdehlərə məxsus tikili və s. şeylər cavabdehlərin hesabına sökülməsi, tərəfindən ödənilmiş məhkəmə rüsumu cavabdehlərdən alınaraq ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraat iştirakçılarının izahatları
2. İddiaçının nümayəndəsi (oğlu) X1 məhkəmə iclasında tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
3. Cavabdeh1 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi (oğlu) X1 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən: “1.1. Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi yekunlaşanadək iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şamboya heç bir etiraz olmayacaqdır: - Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi prosesi yekunlaşdıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şambonun sökülməsini həyata keçirilməlidirlər: - Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi prosesi yekunlaşdıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şambonun sökülməsini heç bir etiraz bildirməməlidirlər.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: Maddə 114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.
7. İşdən göründüyü kimi, iddaçının cavabdehlərə qarşı yönəlmiş mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma barədədir. Hazırda isə tərəflər bu məsələləri tənzimləyən barışıq sazişini təqdim etmişlər.
8. Məhkəmə araşdırılması ilə təqdim olunan barışıq sazişinin qanunazidd olması halı, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir.
9. Odur ki, iddiaçının nümayəndəsi ilə cavabdehlər arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsi (oğlu) X1 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “1.1. Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi yekunlaşanadək iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şamboya heç bir etiraz olmayacaqdır. - Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi prosesi yekunlaşdıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şambonun sökülməsini həyata keçirilməlidirlər: - Salyan rayonunda hazırda tikintisi davam edən “Mərkəzi kanalizasiya sistemi”nin çəkilməsi prosesi yekunlaşdıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına maye tullantıların axıdılması üçün nəzərdə tutularaq tikilmiş şambonun sökülməsini heç bir etiraz bildirməməlidirlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rüstəm Alıyev