Məhkəmə qərarları › İş №2(057)-2198/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2198/2023

27.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2198/2023 27.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X4 katiblyi, İddiaçı, cavabdeh və həmçinin Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 və X2 qarşı evə köçmə tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı vermiş olduğu iddia ərizəsində uşaqları ilə birlikdə Salyan rayonu, P.Xalac kəndində yerləşən gəlin köçdüyü 5 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi ərizəsində evə köçürülmə tələbinə dair qaldırdığı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdeh və həmçinin Cavabdeh1 nümayəndəsi X3 iddia ərizəsinin hazırlıq iclasında geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh1 və X2 qarşı evə köçmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın dayandırılmaya aid olan hissəsindən qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar