Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2262/2024 12.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzi Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Nəsimi Ərazi İdarəsi, Şuraabad kənd sakini Cavabdeh Salyan meşəbəyliyinin 1 saylı meşə dolayının 6-cı kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.5 ha ərazinin üzərində, qeyri-qanuni olaraq inşa edilmiş 10x30 metr ölçüdə mişar daşından tikilmiş fermanın, ferma daxilində 5x20 metr ölçüdə mişar daşından heyvan saxlamaq üçün tövlə və 5x8 metr ölçüdə yaşayış məqsədi üçün inşa edilmiş evin sökülməsinə, həmin torpağının və tikililərin istifadəsinə qadağa qoyulmasına və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 3 saylı X1 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barəsində 2 (iki) dəfə lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsini məhkəmə zəruri hesab etmişdir. Belə ki, iddiaçının məhkəmə iclasında iştirakı hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, MPM-in 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına təkrar gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2262/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2262/2024
12.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver