Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2316/2024 16.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2024-cü ildə Bakı şəhərində anadan olmuş oğlu X1 10 avqust 2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kolleqiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nının: 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2-ci bəndinə görə ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X6 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 237 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Bakı Şəhər Sabunçu rayon Ramana qəsəbəsi 2 saylı Birləşmiş Şəhər Xəstəxanasına uşaq X2 doğum tarixi xx.xx.2024-cü il qeydiyyata götürülmüşdür. Uşaq müayinə olunmuş, vəziyyəti orta ağır olduğu müəyyən olunmuşdur. Uşaq anadangəlmə ürək qüsuru ilə doğulmuşdur. Uşaq xx.xx.2024-xx.xx.2024-cü il tarixində Bakı Şəhər Yeni Klinikada stasionar müailə almışdır. Törədici məlum olmayan pnevmaniya, mədəarası çəpərin qüsuru, qulaqcıqarası çəpərin qüsuru, ağciyər arteriyasının atrezisiyası, dəqiqləşdirilməmiş sarılıq diaqnozları qoyulmuşdur. Aparılan müalicələrə baxmayaraq uşağın vəziyyətində müsbət dinamika olmamışdır. xx.xx.2024-cü il tarixində ana ilə uşağın vəziyyəti haqqında əlaqə saxlanılmışdır. Ana xx.xx.2024-cü il tarixində şənbə günü axşam uşağın rəhmətə getdiyini bildirmişdir. Uşaq rəhmətə gedən vaxt valideyn tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, X1 10 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi ilə bağlı olaraq tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) mövcud olduğundan və ərizəçi həmin tibbi sənədlər əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə müvafiq tibb müəssisəsinə müraciət etməli olduğundan və işə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçi tibbi şəhadətnamənin verilməsi ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etdiyi və həmin müəssisə tərəfindən müraciəti təmin olunmadığı halda onun müvafiq qurumun hərəkət və hərəkətsizliyini aidiyyəti üzrə İnzibati Məhkəmədə mübahisələndirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2316/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2316/2024
16.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver