Məhkəmə qərarları › İş №2(057)-2605/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2605/2025

27.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2605/2025 27.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövstə qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair” tələbinə dair mülki işə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “miras əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət, 17 avqust 2024-cü il tarixdə vəfat etmiş qardaşı X15 miras qalan Salyan rayonu, Quyçu kəndində yerləşən torpaq sahəsinə qanun üzrə vərəsə kimi mülkiyyət hüququm tanınması və ona qanun üzrə vərəsəlik şəhdaətnaməsi verilməsi Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum atası X16 21 may 2003-cü il tarixdə, mərhum anası X21 18 oktyabr 2022-ci il tarixdə, mərhum qardaşı X28 17 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Salyan rayonu Aqrar İslahat Komissiyasının 1996-cı il 27 noyabr tarixli, 11 saylı qərarı ilə verilmiş JN 598 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 2ində 2,37 ha torpaq sahəsi X11, X12, ona və X26 verilmişdir. Atası, anası və qardaşının payından qanun üzrə vərəsə kimi mənə çatası payın müəyyən edilərək vərəsəlik şəhadətnaməsi almaq üçün Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmişdir. Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin notariusu atası və anasında heç bir problem olmadığını, mərhum qardaşı ilə bağlı ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. 17 avqust 2024-cü il tarixdə vəfat etmiş qardaşı X15 miras qalan ünvan 2ində yerləşən torpaq sahəsinə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 01 oktyabr 2025-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, atası X16 və anası X6 qalan ünvan 2ində yerləşən torpaq sahəsinin miras əmlakı kimi tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, doğum haqqında şəhadətnamədə ata qrafasında uyğunsuzluq var, belə ki, ata adı ümumiyyətlə yazılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh Salyan Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinin xususi notariusu X17 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 05 noyabr 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən maraqlı şəxs İsayeva (Kərimova) Əqidə Nadir qızı bildirmişdir ki, ata və anasından miras qalmış ünvan 2ində yerləşən torpaq sahəsi onların vəfatından sonra qardaşı İddiaçı tərəfindən istifadə olunmuşdur. O, həmin miras torpaq sahəsinin qardaşına verilməsinə etiraz etmir. Məhkəmənin 05 noyabr 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən maraqlı şəxs X18 bildirmişdir ki, keçmiş həyat yoldaşı X28 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onunla birgə nikahdan “Məsləhət” adlı bir övladları olmuş, sonradan onun adını “Əli” adına dəyişdirmişdir. İddiaçı onun qaynı olmuşdur. Onların ata və analarından miras qalmış ünvan 2ində yerləşən torpaq sahəsi keçmiş qaynı İddiaçı tərəfindən istifadə olunmuşdur. O, həmin miras torpaq sahəsinin İddiaçı verilməsinə etiraz etmir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZ-İİ № 452248 nömrəli xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü il tarixdə kəskin ürək çatmamazlığından ölmüşdür. AZ-İİ № 295007 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatmamazlığından ölmüşdür. AZ-İİ № 422933 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2024-cü il tarixdə qida borusunun orta üçdə birinin bədxasəli yenitörəmə xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı qardaşı X15 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə Salyan Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində baxılmış, vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuşdur. Salyan rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli arayışdan görünür ki, verilir, Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində yaşayan İddiaçı ondan ötəri ki, həqiqətən onun atası X16 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri İsayeva (Kərimova) Əqidə Nadir qızı qalmışdır. X3 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. Salyan rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli arayışdan görünür ki, verilir, Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində yaşayan X14 ondan ötəri ki, həqiqətən onun atası X28 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Mərhumun dami yaşayış yeri Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində olmuş, ölənədək onunla birlikdə yaşamış, hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: X22 - xx.xx.2017-ci il. X3 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. Salyan rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli arayışdan görünür ki, Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində yaşayan İddiaçı ondan ötəri ki, həqiqətən onun anası X21 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Mərhumun dami yaşayış yeri Salyan rayonu Qızılağac ərazi dairəsinin Quyçu kəndində olmuş,ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri oğlu İddiaçı qalmışdır. X3 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. X5 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladı İsayeva (Kərimova) Əqidə Nadir qızıdır. X5 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlak barədə məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, X16, X23 adına Salyan rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı Qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na (JN 598, KOD: ********) əsasən Salyan rayonu Quyuçu kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Salyan rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1996-cı il tarixli 11 saylı Qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (JN-0598, KOD: ********) əsasən Salyan rayonu, Quyuçu kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 0.66 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Eyni zamanda yuxarıda qeyd edilən sənədlərin siyahısında X19 adlı ailə üzvü qeydiyyata alınmışdır.Qeyd edilən X13 adına Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (0N1006A, KOD: ********) əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 0.02 ha torpaq sahəsi, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (JN-1006B, KOD: ********) Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 0.58 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 0,58 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.X1 məlumatları (şəxsiyyət vəsiqəsinin məlumatları, doğulduğu yer, doğum tarixi (gün, ay,il) Daşınmaz əmlakın elektron məlumat bazasında olmadığı üçün Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan X21 ilə eyni adam olması barədə məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan X29 tərəfindən verilmiş ərizədən görünür ki, qardaşı İddiaçı ata və anasından qalmış miras payın verilməsinə etiraz etmədiyini, əlavə olaraq bildirmişdir ki, o, özünə çatan payı qardaşı İddiaçı verilməsinə etiraz etmir. AN-İ № ******* 13 sentyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 rayonu Quyçu kəndi ünvanında yerləşən ümumi sahəsi 0,4415 ha olan torpaq sahəsini "Alıcı" X20 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 1996-cı il 27 noyabr tarixli 11 saylı qərarı ilə verilmiş JN 598 saylı torpaq mülkiyyəti hüququna dair dövlət aktına əsasən ünvan 2ində yerləşən 2,37 ha torpaq sahəsi X16, X19, İddiaçı və X26 ümumi mülkiyyət hüququ ilə ayrılmışdır. X16 xx.xx.2003cü ildə, X19 xx.xx.2022-ci ildə, X28 isə xx.xx.2024-cü ildə vəfat etmişdir. X2 yerləşən həmin 2,37 ha torpaq sahəsindən özünə məxsus hissəsini - 0,4155 ha torpaq sahəsini 13 sentyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə üçüncü şəxs X4. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, iddiaçının özü, qardaşı, atası və anasına pay torpağı verilmiş, lakin onlar vəfat etdikdən sonra mübahisəli torpaq sahəsində iddiaçı faktiki sahibliyi həyata keçirmiş, miras əmlakı qəbul edərək idarə etmişdir. Bununla belə, iddiaçının doğum haqqında şəhadətnaməsində ata adı göstərilmədiyi üçün Mülki Məcəllənin normalarına əsasən iddiaçının X25 ilə qohumluğu təsdiq edilmir. Bu səbəbdən məhkəmə yalnız anadan iddiaçıya düşən qanuni miras payının tanınmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, miras hüququnun mahiyyəti və Mülki Məcəllənin ümumi müddəaları nəzərə alınmaqla, iddiaçının anadan ona düşən miras payının tanınması üçün hüquqi maneə yoxdur. Həmçinin iddiaçının miras əmlakını faktiki qəbul etməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına uyğun olaraq mirasın qəbul edilmiş sayılmasına əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 598 kod 80907048 olan dövlət aktına əsasən mərhum X6 miras qalmış ünvan 2ində yerləşən torpaq sahəsinin 1/4 hissəsi üzərində İddiaçı vərəsəlik üzrə payı müəyyən edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 598 kod 80907048 olan dövlət aktına əsasən mərhum X6 miras qalmış ünvan 2ində yerləşən torpaq sahəsinin 1/4 hissəsi üzərində İddiaçı vərəsəlik üzrə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar