Məhkəmə qərarları › İş №2(057)-277/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-277/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-277/2024 27.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X26 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi,İddiaçı, Cavabdeh nümayəndəsi, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə miras əmlakın qəbul edilməsi və miras əmlakdan pay tələb etmə barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 7,666 sot olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində atası tərəfindən tikilmiş X9 məxsus olmuş 151,2 kvm mənzilə özünün 1/5 pay olmaqla vərəsəlik hüquqlarının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Salyan rayonu Həsənli kəndində atası X7 adına 0,23 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi anası Cavabdeh, X5, X3 və özünün mülkiyyətindədir. Həmçinin torpaq üzərində 151,2 kvm sahəsi olan ev var, lakin evin heç bir sənədi yoxdur. Torpağın sənədində atasının adı düz yazılmamışdır. Atasının əsl adı Həmidulladır və şəxsiyyət vəsiqəsində də Həmidulla yazılmışdır. Atası xx.xx.2013-cü ildə vəfat etmiş, atasının ölümündən sonra özü, anası və bacısı birlikdə həmin evdə yaşamışlar. Qeyd olunan mülkiyyətlərdə ozünün 1/5 hissə payının olduğunu bildirərək vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirmişdir ki, evin sənədləri yoxdur. Evdə anası, bacısı, qardaşı və özü yaşayır. Atası 2013-cü ildə vəfat etmiş, bundan sonra həmin evdə anası, bacısı Mətanət və onun oğlu yaşamışdır. İddiaçı Bakıda yaşamış və 2017-ci ildə gələrək həyətdəki evdə yaşamışdır. 2022-ci ildən etibarən evin qapısını qıraraq anasının evinə girmiş və bundan sonra orada yaşamağa başlamışdır. Odur ki, torpaq və evdən İddiaçı pay düşmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, İddiaçı təxminən il yarım bundan evvəl atasının evinə girmiş və orada yaşamağa başlamışdır. Sonuncuya torpaq payının verildiyini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin verdiyi 28 fevral 2022ci il tarixli 192 saylı arayışdan görünür ki, X12 24 avqust 2013-cü ildə ölmüşdür. Torpağa mülkiyyət hüququna dair JN-034A KOD 80905038 saylı dövlət aktından görünür ki, Salyan rayon Aqrar İstehsalatı Komissiyasının 1998-ci il 24 sentyabr tarixli 11 saylı qərarı ilə X22 və 4 nəfər ailə üzvlərinə 0,23 ha torpaq sahəsi verilmişdir. 5 nəfər aktı tərtib etmiş şəxs tərəfindən 15 yanvar 2024-cü ildə tərtib olunmuş aktdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Salyan rayonu Həsənli kəndinə yerləşən 0,23 ha kənd təsərrüfatı torpaq sahəsinin JN-034A və KOD 80905028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında X7 və ailə üzvlərinin adı və ata adı səhv yazılmışdır. 04 mart 2022-ci il tarixli № 04 saylı Notariat Hərəkəti aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, vərəsəlik açılması üçün vərəsənin məhkəmə araşdırılması tələb etdiyinə, miras vərəsələri arasında mübahisə mövcud olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından, tələb olunana zəruri sənədlər tam təqdim olunmadığından, həmin hərəkətin aparılması qanuna zidd olduğundan İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və İddiaçı mərhum atasından qalan miras əmlaklarla əlaqədar vərəsələr arasında yaranmış mübahisələrinin həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. 25 sentyabr 1979-cu il tarixli, № 395188 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Həmdulla oğlu xx.xx.1979-cu ildə Həsənli kəndində anadan olmuşdur. Həsənli kənd İƏDN-nin xx.xx.2023-cü il tarixli, 658 saylı arayışından görünür ki, mərhum X12 xx.xx.2013-cü ildə vəfat etmiş, onun daimi yaşayış yeri Salyan rayon Həsənli kəndi olmuş və ailə üzvləri arvadı-Cavabdeh, uşaqları-X8, Soltanova (Süleymanova) Kifayət Həmidulla qızı, X11, İddiaçıdur. Həsənli kənd İƏDN-nin xx.xx.2023-cü il tarixli, 659 saylı arayışından görünür ki, Süleymanov X1 yaşayır və ailə üzvləri arvadı-X23, uşaqları-X18, X13, X14r. Həsənli kənd İƏDN-nin X4 verdiyi xx.xx.2018-ci il tarixli, 178 saylı çıxarışdan görünür ki, Həsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 saylı təsərrüfatbaşına kitabının 18-ci səhifəsində 798 nömrəli şəxsi hesabında müstəqil təsərrüfata ayrılmış və 0,12 ha həyətyanı sahəsi var. 25 dekabr 2013-cü il tarixli AZ-İ № 186318 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X29 arasındakı nikah 25 dekabr 2013-cü ildə ləğv edilmişdir. Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətlərindən görünür ki, X12 ilə Cavabdeh övladları X10 24 may 1978-ci ildə, X8 01 oktyabr 1975-ci ildə, X6 19 noyabr 1980-ci ildə Salyan rayonu Həsənli kəndində anadan olmuşlar. Salyan rayon Qeydiyyat Şöbəsinin verdiyi nikah haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X19 ilə X6 evlənmişdir. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi miras əmlak kütləsinə aid torpaq sahəsinin hüquqmüəyyənedici sənədində miras qoyan şəxsin adı Həmid kimi qeyd olunsa belə həqiqətdə onun adı Həmidulla olmuşdur.Ona görə də qeyd olunan əmlakın miras qoyana aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin iddiaçı miras əmlak kimi pay tələb etdiyi yaşayış evinin miras qoyanın mülkiyyətində olmasını təsdiq edən sənədin olmadığını bildirmiş, qeyd olunan əsasa görə həmin əmlakın miras əmlak kimi qəbul olunması mümkün deyildir.İddiaçının tələb etdiyi əmlakların mirasın kütləsinə daxil olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.-ci maddəsində qeyd olunmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Salyan rayonu, Həsənli kəndində yerləşən ümumi sahəsi 7,666 sot olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində atası tərəfindən tikilmiş X9 məxsus olmuş 151,2 kvm mənzilə özünün 1/5 pay olmaqla vərəsəlik hüquqlarının tanınması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar