Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-290/2023 20.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh və həmçinin Maraqlı şəxs nümayəndəsi Cavabdeh iştirakı ilə mirasın qəbul edilməsi, paylarının müəyyən edilməsi və ziyan tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məkəməsinə verdiyi iddia ərizəsində Salyan rayonu, Şorsulu kəndində JN 230 KOD 80913028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yoldaşı X9, arvadının atası X19, arvadının anası X4, arvadının bacısı X6 qalmış əmlaka oğlu X17 ilə birgə qanun üzrə vərəsəlik hüququndan yaranan paya mülkiyyət hüququnun tanınması, dəymiş ziyanla bağlı hər il üçün 550 manat olmaqla 3 il üçün ümumi olaraq 1650 manat miqdarında pulun, dövlət rüsumu olaraq 37 manat pulun Cavabdeh alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, nümayəndəsi olduğu İddiaçı miras qoyan Zülfiyyə Muxtarovanın əri olmuşdur. Onların birgə nikahdan Bayram adlı uşağı olmuşdur. Zülfiyyə Muxtarova xx.xx.2008-ci ildə vəfat etmiş, onun valideynləri, əri və uşağı vərəsə kimi qalmışdır. Zülfiyyənin valideynləri- atası xx.xx.2011-ci ildə, anası isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Eyni zamanda bacısı Sevinc də xx.xx.2018-ci ildə vəfat etmişdir.Zülfiyyənin əri oğlunun xeyrinə əmlak payından imtina etdiyi üçün ona çatası payın Bayramın adına tanınmasını və eyni zamanda Zülfiyyənin valideynlərindən miras qalmış əmlakdan Zülfiyyəyə çatası payının oğlu Bayramın adına sənədləşdirməsini xahiş edir.Eyni zamanda cavabdeh uzun müddət mübahisəli torpaq sahəsindən istifadə etmiş və həmin torpaq sahəsinə görə son üç il üçün təzminat ödəməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində və həmçinin Maraqlı şəxs nümayəndəsi qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, Zülfiyyənin adına olan pay torpağın iddiaçıya verilməsinə etirazı yoxdur, iddia digər hissədə isə əsassız olduğundan rədd olunmalıdır.Bayram nəvə olduğu və Zülfiyyə valideynlərindən qabaq öldüyü üçün ona pay verilməməlidir.İddiaçıya istifadə etdiyi torpağa görə bir il 550 manat, bir il də bir ton arpa vermişdir. Ona qarşı verilmiş iddianın əsassız olması səbəbindən rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X14 xx.xx.2018-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X19 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə Salyan rayonu, Şorsulu kəndində vəfat etmişdir. Məhkəmədə elan olunmuş nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X15 arasında nikah 15 noyabr 2002-ci il tarixdə Cəlilabad rayonu, VVADQ şöbəsində 121 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 arasında nikah 15 oktyabr 2004-cü il tarixdə Salyan rayonu, Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 61 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X17 doğulmuşdur. Məhkəmədə elan olunmuş Arbatan inzibati ərazi dairəsi üzrə nümayəndəsi F.Qafarov tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli, 320 nömrəli arayışdan görünür ki, İddiaçı arvadı Muxtarova(Həsənova) Zülfiyyə İlham qızı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayon, Arbatan kəndi olmuş və əri və oğlu vərəsələri qalmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Boranıkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,7538 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 və daha 5 nəfərə məxsusdur. Məhkəmədə elan olunmuş 24 avqust 2022-ci il tarixli Notariat hərəkəti aparılmasından imtina edilməsi barədə qərarın surətindən görünür ki, vərəsəlik açılması və alqı-satqı hərəkətlərinin aparılması mümkün olmadığına, tərəfin məhkəmə araşdırması tələb etdiyinə, tərəflər arasında mübahisə mövcud olduğuna, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyünə və tələb olunan zəruri sənədlər tam təqdim olunmadığına görə həmin notariat hərəkətlərinin aparılması qanuna zidd olunduğundan notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, mübahisənin həll olunması üçün Salyan rayon məhkəməsinə müraciət olunması qərara alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən X3 Salyan rayonu, Boranıkənd kəndində yerləşən 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X19 və X2 hər birindən ayrı-ayrılıqda 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Miras qoyanlardan X8 xx.xx.2008-ci ildə vəfat etmiş və vəfat etdiyi vaxt dörd vərəsəsi olmuş, həmin vərəsələrdən ikisi, yəni atası İlham 2011-ci ildə, anası Familə isə 2015-ci ildə vəfat etmişlər, lakin onlar qızı Zülfiyyədən miras qalmış əmlakı qəbul etməmişlər. Eyni zamanda vərəsələrdən Zülfiyyənin əri Elmir ona çatası payından oğlu Bayramın xeyrinə imtina etdiyi üçün Zülfiyyədən miras qalmış əmlaka Bayram Həsənlinin tam hüququ tanınmalıdır. X10 miras qalmış 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və X2 miras qalmış 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə 31 iyul 2005-ci ildə anadan olmuş X11 pay hüququ tanınmalıdır.Belə ki, hər iki miras qoyan miras açılmamışdan əvvəl vərəsə kimi pay almaq hüququna malik olan Zülfiyyə Muxarova sağ olmamışdır. Ona görə də ona çatası pay onun sağ olan oğlu Həsənli Bayrama çatmalıdır. Hazırda miras qoyanların sağ olan birinci növbəli iki vərəsəsi qalmışdır. İddiaçının tələb etdiyi digər tələblərin təmin olunması üçün sonuncu məhkəməyə heç bir sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar da iddianın təmin olunması üçün kifayət etməmişdir.Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı 2018-ci ildə vəfat etmiş Sevinc Muxtarovanın vərəsəsi olmadığı üçün ona Sevincin adına olan və miras əmlakdan pay vermək mümkün deyildir.Ona görə də də qeyd olunan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 -ci maddəsində qeyd olunmuşdur ki, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nın Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın reyestrində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən X3 miras qalmış Salyan rayonu, Boranıkənd kəndində yerləşən 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tam, X10 miras qalmış 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə, X2 miras qalmış 0,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə 31 iyul 2005-ci ildə anadan olmuş X11 pay hüququ tanınsın. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-290/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-290/2023
20.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver