Məhkəmə qərarları › İş №2(057)-3063/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3063/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3063/2025 18.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə Maraqlı şəxsnə qarşı «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə Maraqlı şəxsnə qarşı «qohumluq münasibətlərinin müəyyən olunması» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1-da qeydiyyatda olmaqla yaşayır. O atası - xx.xx.1954-cü il tarixdə doğulmuş X11 ilə anası - xx.xx.1959-cu il tarixdə doğulmuş Nümayəndə xx.xx.1982-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində 142 nömrəli nikah akt qeydi ilə rəsmi qeydə alınmış birgə nikahlarından xx.xx.1984-cü il tarixdə Salyan şəhərində doğulmuşdur. Onun doğumu xx.xx.1984-cü il tarixdə Salyan rayon VVAQ şöbəsində 522 nömrəli doğum akt qeydi ilə rəsmi qeydə alınmışdır. Bundan başqa onun iki qardaşıda vardır. Onlardan - xx.xx.1987-ci il tarixdə X12 və xx.xx.1988-ci il tarixdə X13 doğulmuşlar. Atası - X14 xx.xx.2024-cü il tarixdə Salyan şəhərində vəfat etmişdir. Hazırda anası - Nümayəndə sağdır allah ona ömür versin, o, ünvan 1-da qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə Salyan şəhərində vəfat etmiş -mərhum atası X4 Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2012-ci il tarix olan, Serla MA No0347489 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 km, yardımçı sahəsi 125. km və ümumi sahəsi 172.2 km fərdi yaşayış evi miras qalmışdır. Birinci dəfə anası - Nümayəndə mərhum atası X4 miras qalmış Seria MA No0347489 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0,025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 47.4 km, yardımçı sahəsi 125. km və ümumi sahəsi 172.2 km fərdi yaşayış evinə -miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X16 müraciət etmışdir. Salyan Regional “ASAN xiinmət” Morkezində Notariat ofisinin xüsusi notariusu X22: 1598 g nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək bildirildi ki, - “Sizin xx.xx.2024-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, xx.xx.2024-cü ildə vəfat etmiş əriniz X18 oglundar miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı etdiyiniz müraciətinizə cavab olaraq bildirilir ki, sənədlərə baxış keçirilərkən mərhum X5 doğum haqqında şəhadətnaməsində ata qrafasında soyadı - Ağalarov, ata - Kamil, ata adı - Məmmədbala kimi göstərilmiş, lakin onun ölüm haqqında şəhadətnaməsində - soyadı - Ağalarov, adı-Mirkamil, ata adı-Mirməmməd kimi göstərilmişdir və sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. (Qohumluq münasibətlərini təsdiq edən sənədlərdə)”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməsi anasına tövsiyyə edilmişdir. Anasının ərizəsi əsasında Salyan Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(057)-689/2025 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək, ИЖ seriyalı № 244229 saylı X7 ata drafasındakı X6 və AZ-l № 517428 saylı Ölüm Haqqında X1 X5 qohumu - atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Salyan Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(057)- 689/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq icra olunması üçün, Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə göndərilmişdir. Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X9 yuxarıda sözü gedən qətnamənin icrası ilə əlaqədar № 1362 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla ona (yəni Ərizəçi) cavab verilərək bildirildi ki, — “Sizin xx.xx.2025-cü il tarixdə Salyan Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, xx.xx.2024-cü ildə vəfat etmiş mərhum atası X4 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi vetilməsi ilə bağlı müraciətinizə cavab olaraq bildirilir ki, sizin doğum haqqında şəhadətnamənizdə və digər sənədlərdə ata adında uyğunsuzluq (Əbülfəz) olması səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmaması səbəbindən sənədlər məhkəməyə müraciət olunması üçün sizə geri qaytarılır. O bugünə kimi doğum haqqında şəhadətnaməsində və ya digər sənədlərində ata adının “Əbülfət” olduğu halda “Əbülfəz” kimi qeyd edilməsinə fikir verməmiş və sonradan belə bir problem yaradacağına əhəmiyyət verməmişdir. O özü Ali hərbi təhsillidir, uzun illərdir orduda zabit kimi xidmət edir. Ali rütbəli zabitdir. Çoxsaylı order və meddallarla təltif olunmuş, müharibə iştirakçısıdır və xidmətdədir. Bütün sənədlərdə də ata adı (“Əbülfəz”) kimi qeyd olunmuşdur. O ilk növbədə qeyd edir ki, onun atası X11 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən və mərhum atası - X5 oğulu kimi birinci növbəli qanun üzrə vərəsəsi olduğundan, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Bu problemin olması onun hazırda atası - X4 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaqda nəyinki ona, digər vərəsələrə də problem yaradır. Odur ki, onun Salyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 sentyabr 1984-cü il tarixli, X-ЖГ № 368173 serialı doğum haqqında şəhadətnaməsində ata qrafasında göstərilmiş - X14 və İİ- ЖГ № 494888 serialı 10 avqust 1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədə X3 göstərilən şəxsin həqiqətən onun yəni, Ərizəçi atası olması qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ərizədə qeyd olunanları bir daha təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizə və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.2-ci maddəsində qeyd olunmuşdur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 9.1-ci maddəsində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, ərizəçinin məhkəməyə müraciət etdiyi “qohumluq faktının müəyyən olunması barədə” ərizə vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin məsələ inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə Maraqlı şəxsnə qarşı “qohumluq münasibətlərinin müəyyən olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə ərizə ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar