Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3066/2025 08.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı “işə bərpa” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun cavabdeh təşkilat Cavabdeh MMC-nin Salyan Mənzil İstismar Sahəsində xadimə işindən azad olunmağım barədə xx.xx.2025-ci il tarixli əmri etibarsız hesab edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə pulun ona verilməsi, onun işinə bərpa olunmağı ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.6-cı ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Belə ki, iddia ərizəsinin “qoşma” hissəsində iddiaçının şəxsiyyət vəsiqəsinin surətləri və əmək müqaviləsindən çıxarış qeyd olunsa da, mediasiya sessiyası ilə bağlı hər hansı müvafiq sənədlər əlavə edilməmişdir. İddia tələbində göstərilən xüsusatlara əsasən müəyyən edilir ki, tələb əmək münasibətlərindən yaranmış mübahisədir. Mübahisənin hüquqi və faktiki əsası qismində tərəflər arasında mövcud olmuş əmək münasibətləri çıxış edir. Deməli, mübahisənin kökündə əmək münasibətləri çıxış edir və mübahisə əmək mübahisəsi kimi qiymətləndirilir. Lakin, əmək mübahisəsi olan iddia tələbi üzrə mediasiya prosedurasına əməl edilməmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Mülki işin prosessual qaydaların pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, MPM-in 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən iddia ərazi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-3066/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3066/2025
08.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver